Çində Asiyanın ən böyük yük aeroportu fəaliyyətə başlayıb
Çinin Hubey vilayətinin Ecou şəhərində Asiyanın ən iri yük aeroportu fəaliyyətə başlayıb.
Çinin kuryer nəhənglərindən olan "SF Express" şirkətinin sifarişi ilə inşa edilən "Huahu" aeroportunda ilk uçuş iyulun 17-də yerinə yetirilib.
Dünyada bu kateqoriyadan 4-cü olan "Huahu" hava limanı Yantszı çayı və Mirvari çayı deltaları da daxil olmaqla, ölkə səviyyəsində 5 şəhər klasterinə 1,5 saat uçuş məsafəsində yerləşir. Hava limanı gündüz Pekin, Şanxay, Şencen, Siamen və Kunmin şəhərlərinə sərnişin, gecə isə yük daşınması üçün istifadə olunacaq. Yük daşımaları isə ilkin mərhələdə Şencen, Şanxay, Osaka (Yaponiya) və Frankfurt (Almaniya) şəhərlərinə həyata keçiriləcək. "Huahu" 100 kilometr məsafədə yerləşən Uhan şəhərindəki "Tianhe" aeroportu ilə birlikdə sərnişin və yük daşınması üçün ikiqat hab rolunu oynayacaq. Hava limanının 2025-ci ilədək sərnişinötürmə gücünün illik 1 milyon nəfər, yükötürmə gücünün isə 2,45 milyon tona çatdırılması planlaşdırılıb.
Qeyd edək ki, layihə üzrə smeta dəyəri təxminən 750 milyon ABŞ dolları olan "Huahu" hava limanı "SF Express" üçün qovşaq rolunu oynamaqla, getdikcə çoxalan kuryer daşımalarının keyfiyyətini yüksəltmək məqsədi daşıyır. 1993-cü ildə yaradılan "SF Express"in fəaliyyəti Çindən başqa, Cənubi Koreya, Yaponiya, Tailand, Malayziya, Sinqapur və ABŞ-ı əhatə edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı