Səfər Mehdiyevin vəzifəsini kim icra edir? – Tərcümeyi-hal

Səfər Mehdiyevin vəzifəsini kim icra edir? – Tərcümeyi-halXəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyev vəzifəsindən azad edilib.

Səfər Mehdiyevin vəzifəsindən azad edilməsindən sonra onun səlahiyyətlərinin kimə həvalə olunacağı sosial şəbəkələrdə geniş müzakirə olunur.

Məlumat üçün bildirək ki, hazırda Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini vəzifəsini Hüseynov İsmayıl Xəlil oğlu icra edir. Ehtimal etmək olar ki, yeni sədr təyin olunana kimi Səfər Mehdiyevin səlahiyyətlərini birinci müavin kimi İsmayıl Xəlilov icra edəcək.

Qeyd edək ki, 1974-cü ildə Naxçıvanda anadan olan İsmayıl Xəlilov 2018-ci ildən Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini vəzifəsini icra edir. 2020-ci ildən gömrük xidməti general-leytenantı rütbəsi daşıyır.

Komitənin rəsmi saytında yer alan tərcümeyi-halında göstərilir ki, İsmayıl Xəlilov 1995-ci ildən, yəni 21 yaşından gömrük orqanlarında xidmətə başlayıb.

Daha sonra qeyd olunur ki, o 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsinə daxil olub və 1996-cı ildə həmin Universiteti bitirərək magistr dərəcəsi alıb.

Maraqlıdır ki, 1996-cı ildə Azərbaycanda ali təhsil müəssisələri məzunlarına magistr elmi dərəcəsi verməyib.

Azərbaycanda 1993-cü ildə ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılıb. 1997-ci ildə ali təhsilin bakalavriat pilləsində ilk buraxılış olduqdan sonra Nazirlər Kabinetinin razılığı əsasında Təhsil Nazirliyinin əmri ilə ölkənin 23 dövlət, 9 özəl ali məktəbində ali təhsilin ikinci - magistratura pilləsinə keçilməsinə icazə verilib. 2005-ci ilə kimi magistraturaya qəbul ali məktəblər tərəfindən aparılıb. 2005-ci ildən etibarən magistraturaya tələbə qəbulu DİM (keçmiş TQDK) tərəfindən həyata keçirilir./Yeniavaz


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4830   Tarix: 17 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr