Amerikalı psixiatr Putinə dəhşətli diaqnoz qoydu: "Onun qaçmağa yeri yoxdur..."

Amerikalı psixiatr Putinə dəhşətli diaqnoz qoydu: "Onun qaçmağa yeri yoxdur...""Putin bütün dünya üçün təhlükə mənbəyidir, çünki nüvə silahının qırmızı düyməsini basmaq imkanı var"

"Putin özünə nəzarəti itirən sadistin əlamətləri olan psixopatdır"

"Bu, psixopatiya və şəxsiyyətin narsistik pozulmasını özündə ehtiva edən ən təhlükəli haldır"

"Psixopatlar ən yüksək dərəcəli manipulyator, eqoist və aqressordur"

"Psixopatlar bir növ növdaxili yırtıcılardır və onların ovu insanlardır"

"Belə "psixiatrik buket" Putinin aldığı psixoloji travmaları ilə izah edilir"

"Putinin beynində degenerativ proseslərin getdiyinin şahidləriyik"

"Putin getdikcə adekvatlığını itirir və özünü küncə sıxışdırılan kimi hiss edir"

"Bütün psixopatlar və aqressorlar qətiyyətli müqavimətlə üzləşəndə özlərini itirir, qaçmağa başlayır, Putinin isə qaçmağa yeri yoxdur"

Rusiya prezidenti Vladimir Putin özünə nəzarəti itirən sadistin əlamətləri olan psixopatdır. Kreml rəhbərinə bu diaqnozu Kaliforniya universitetinin professoru, amerikalı psixiatr Ceyms Fellon qoyub.

Moderator.az xəbər verir ki, bu barədə "İnsayder" nəşri yazıb.

"Kimisə, sadəcə, televizorda görüb demək olmaz: "Bu, psixioatdır".

Lakin, zənnimcə, Putinin şəxsiyyətin B klaster tipində pozulması üçün mühüm zəminləri olub. Bu, ən təhlükəlisidir, psixopatiya və şəxsiyyətin narsistik pozulmasını özündə ehtiva edir", - Fellon buna əmindir.

O, psixopatı normal görünən, bu xülyanı saxlamaq üçün hər şey edən insan kimi səciyyələndirib, lakin kökünə, dərinə getsək, bütün psixopatlar aşağı emosional empatiya ilə fərqlənir. Onlar ən yüksək dərəcəli manipulyator, eqoist, aqressordur.
Müəyyən zamanadək onlar cəsur görünür, təəssüf, peşimançılıq və ya günah hissi keçirmir. Onlar mərhəmətsizlik nümayiş etdirir və özünü hamıdan yüksəkdə görürlər.

"Psixopat əmindir ki, düzgün hərəkət edir. O, özünün haqlı olduğuna inanır. Bu, əsl ilkin psixopatın şəxsiyyətinin ayrılmaz hissəsidir: o, heç vaxt şübhə etmir ki, necə lazımdır hərəkət edir. Bu, iddia və ya normal adamın öz hərəkətinə haqq qazandırması deyil. Vladimir Putin, zənnimcə, bu tip psixopatlara aiddir", - professor deyib.

Onun sözlərinə görə, psixopatlar bir növ növdaxili yırtıcılardır, onların ovu insanlardır. Hər bir aqressor kimi, zəiflik onları təhrik edir. Psixopatların başlıca qabiliyyəti başqa insanların emosiyalarını və niyyətlərini onları hiss etməməsi fonunda hesablamaqdır.

"Putinin həlledici metodu öz rəqiblərinə bərkiməyə imkan verməməkdir. Onlara ən zəif olduqları məqamda zərbə endirməkdir. İntizamlı psixopatlar onların qurbanlarının həssaslığını büruzə verməsi üçün aylarla, illərlə, lap on il gözləməyə hövsələsi çatmır", - amerikalı psixiatr qeyd edib.

Professorun fikrinə görə, psixopatiyadan savayı, Putində elə keyfiyyətlər var ki, onu bədxassəli narsissə aid etmək olar. Onun həm də sadist xüsusuyyətləri var.

"Bundan pisi, sadəcə, olmur. Lakin intellekt səviyyəsi Putinə normal görünməyə imkan verir", - Fellon əmin edib.

Bütün bu "psixiatrik buket"i mütəxəssis Rusiya prezidentinin təkcə ağır uşaqlıq illəri ilə deyil, həm də onun böyük yaşlarında psixoloji travmaları ilə izah edir.
Bunlardan biri Sovet İttifaqının dağılması və nəticədə, hər şeylə yanaşı, müasir müstəqil Ukraynanın yaranmasıdır.

"Bu, 1918-ci ildə Birinci dünya savaşının sonunda Almaniyaya Veymar respublikasının ilk liderləri tərəfindən xəyanət etdiyini düşünən gənc Hitlerin travmasına bənzəyir. Sonra 2011-ci ildə Putin Liviya diktatoru Qəzzafinin əzablı ölümünün şahidi olub, bu da rejiminin zorla dəyişilməsindən dərin qorxu hissini oyatmaya bilməzdi. Bütün gizlinlər son bir neçə ildə, xüsusilə son həftələrdə, fevralın 24-dək üzə çıxıb. Putin Hitler kimi özünün əsl mahiyyətini büruzə verib, aydın olub ki, o, səfeh meylləri olan adi adam kimi deyil, məhz psixopat kimi hərəkət edir", - professor qeyd edib.

Fellon Putinin davranışında idrakın ciddi surətdə dumanlanmasını görür.
"Bunun səbəbi üzərində baş sındırmaq mənasızdır, bunun səbəbi üçüncülü sifilis və şişdən neyrodegenerativ xəstəliklərədək nə desən ola bilər. Lakin Putinin təşəxxüslü narsissizmdən paranoyaya, açıq düşmənçilik, kompulsiv, dayanıqsız davranışa keçməsi onu göstətrir ki, böyük ehtimalla, onun beynində, məsələn, beyin prefrontal qabığının aşağı hissəsi və gicgahın ön hissəsində hansısa degenerativ proseslər gedir. Putin heç vaxt impulsiv olmayıb, lakin indi onda keçmişdə DTK agentinin gizli anlaşılmayan sifət cizgiləri var. Dərin dəyişikliklər baş verib, neyrodegenerativ xəstəlik barədə hipoteza bu mənzərəyə tamamilə uyğun gəlir", - Putinə psixiatr belə diaqnoz qoyub və əmin edib ki, belə ruhi pozuntuları olan Rusiya prezidenti bütün dünya üçün təhlükə mənbəyidir, çünki nüvə silahının "qırmızı düymə"sini basmaq imkanına malikdir".

"Biz indi görürük ki, o, getdikcə adekvatlığını daha çox itirir: o, öz gücünü həddən artıq dəyərləndirib və ona müqavimət göstərənlərə qarşı son tədbirlərə əl ata bilər. Ukraynallların təslim olmaq niyyətində olmadıqlarını anlayaraq, o, özünü dalanda hiss edə bilərdi. Bütün psixopatlar və aqressorlar qətiyyətli müqavimətlə üzləşəndə özlərini itirir. Çox vaxt onlar qaçmağa başlayır, amma Putinin qaçmağa yeri yoxdur. Ukrayna müqavimət göstərənədək Putin özünü küncə sıxışdırılan kimi hiss edəcək. Putin Hitler kimi düşünür ki, onun nüvə silahı var. İndi o, fövqəladə dərəcədə təhlükəlidir. Belə şəraitdə hər hansı sağlam düşüncəli və qətiyyətli general nasist, Almaniyada olduğu kimi, vəziyyətə nəzarəti öz üzərinə götürməlidir. Lakin biz Putinin ətrafında onun barmağını düymədən götürmək üçün adamların olmasını bilmirik", - amerikalı psixiatr sözlərinə yekun vurub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3406   Tarix: 20 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb

Liviyanın Təhlükəsizlik Təhdidləri ilə Mübarizə Agentliyinin azı 9 əməkdaşı paytaxt Tripolidən qərbdə yerləşən Zaviyyə şəhərində təlimlər zamanı minaatandan atılan atəş nəticəsində ölüb, bir neçə nəfər yaralanıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə baza

19 oktyabr
.

Səudiyyə Ərəbistanının paytaxtında təhlükə xəbərdarlığından sonra partlayışlar eşidilib

AFP jurnalistlərinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının paytaxtı iki partlayışdan sarsılıb. The Times of İsrael-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı hakimiyyət orqanları potensial təhlükə barədə xəbərdarlıq etdikdən sonra iki partlayış baş verib. Səudiyyə Ərəbistanını

20 oktyabr
.

Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında 7 avqustda imzalanan Məkkə Birgə Müdafiə Sazişi Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. "Tərəflərdən birinə silahlı hücumun hər üçünə hücum hesab ediləcəyini nəzərdə tutan sazi

20 oktyabr
.

Honkonqda kriptovalyuta şirkətinin əməkdaşı fırıldaqçıların qurbanı olaraq 500 min dollardan çox pul itirib

Honkonqda kriptovalyuta mübadiləsi şirkətinin əməkdaşı "WhatsApp" messencerində saxta işçi qrupu yaradılması yolu ilə həyata keçirilən dələduzluq nəticəsində 4 milyon Honkonq dollarından çox, təxminən 500 min ABŞ dolları itirib. xəbər verir ki, polis son iki həftə ərzində oxşar üsulla törədilmi

19 oktyabr
.

Türkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 10-a çatıb

Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. xəbər verir ki, Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. İstanbulda palçıq sürüşməsində

20 oktyabr
.

Trampın reytinqi rekord həddə düşdü - Seçkidə uduza bilər

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənən amerikalıların göstəricisi 31 faizə düşüb. Avqust ayında bu göstərici 38 faiz təşkil edirdi. xəbər verir ki, bu barədə "Reuters" agentliyinin sifarişi ilə "Ipsos" sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində bildirilir. "Reuters"

20 oktyabr
.

Polşa Ukraynanın qərbindəki hücumlardan sonra hava hücumundan müdafiə sistemlərini gücləndirir

Polşa Rusiyanın Ukraynaya hücumlarından sonra yenidən hava hücumundan müdafiə sistemlərini aktivləşdirib. Sky News-a istinadən xəbər verir ki, Varşava qərbi Ukraynaya hücumlar zamanı hava hücumundan müdafiə sistemlərini tez-tez gücləndirir və Rusiya və naməlum dronların NATO ölkələrinə hücumları getdikc

20 oktyabr
.

Parisdə etirazçılar Luvrun girişini bağlayıblar

Tələbə etirazları çərçivəsində yuxarı sinif şagirdlərinin nümayişlərinə dəstək ifadə etmək və hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləmək məqsədilə Parisdə Luvrun girişi bağlanıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. "Dünyanın ən böyük muzeyinin girişin

19 oktyabr
.

Rusiyanın Kiyevə hücumu nəticəsində qadın həlak oldu

Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə gecə saatlarında endirdiyi zərbə nəticəsində bir qadın həlak olub, üç nəfər yaralanıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində paytaxtın sol sahilində yerləşən metro stansiyasına

19 oktyabr