Aşotyandan etiraf: "Rəsmi Brüssel "Dağlıq Qarabağ" ifadəsindən tamamilə imtina edib"

Aşotyandan etiraf: "Rəsmi Brüssel "Dağlıq Qarabağ" ifadəsindən tamamilə imtina edib"Nikol Paşinyanın məğlubiyyəti ucbatından rəsmi Brüssel üçün "Dağlıq Qarabağ" və "erməni hərbi əsirlər" problemi yoxdur.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan öz Facebook səhifəsində canlı yayımda bildirib.

"Mənim bəyanatım bu il iyulun 18-də dərc edilmiş Avropa Komissiyasının baş katibinin imzaladığı rəsmi sənədə əsaslanır. Sənəd Azərbaycanla tərəfdaşlığın həyata keçirilməsinə dair hesabat adlanır.

Yəni, Avropa İttifaqının Azərbaycanla tərəfdaşlıq proqramı var. Bu hesabatda onun Azərbaycanla əlaqələri, qiymətləndirmələri, problemləri və müxtəlif sahələrdə qeydə alınan uğurları ümumiləşdirilmişdir. Təbii ki, Azərbaycanla münasibətlər kontekstində təhlükəsizlik problemlərinə də qiymət verilib.

Bu mətn boyu heç olmasa bir dəfə "Dağlıq Qarabağ" ifadəsi işlədilmir. Ermənistan-Azərbaycan problemlərindən danışan rəsmi Brüssel "Dağlıq Qarabağ" ifadəsindən tamamilə imtina edib və yalnız bir dəfə azərbaycanlıların işlətdiyi "Qarabağ" sözündən istifadə edib.

Avropa İttifaqının rəsmi cavabına görə, "Dağlıq Qarabağ" yoxdur və bu, Nikol Paşinyanın xəyanətkar siyasətinin nəticəsidir. Onun üçtərəfli görüş zamanı etdikləri, yəni "Dağlıq Qarabağ" ifadəsini işlətməkdən imtina edib, indi bütün bunlar rəsmi sənədlərdə var", - deyə Aşotyan əmin olduğunu bildirib ki, nə Ermənistan XİN, nə də Təhlükəsizlik Şurası bu sənədi oxumayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1025   Tarix: 25 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İranın yeni müdafiə naziri məlum oldu

İran parlamenti Mehrdad Əxlaqinin ölkənin müdafiə naziri vəzifəsinə təyin edilməsini təsdiqləyib. bu barədə "Press TV" telekanalına istinadən xəbər verir. Xatırladaq ki, oktyabrın 5-də Əxlaqi müdafiə naziri postuna namizəd göstərilmişdi. Qeyd edək ki, martın 2-dən etibarən müdafiə naziri vəzifəsini

18 oktyabr
.

Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb

Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa və gəmilərin təhlükəsiz hərəkətini təmin etməyə çağırıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin (XİN) Media və kommunikasiyalar departamentinin direktoru İbrahim bin Sultan İbrahi

20 oktyabr
.

Parisdə etirazçılar Luvrun girişini bağlayıblar

Tələbə etirazları çərçivəsində yuxarı sinif şagirdlərinin nümayişlərinə dəstək ifadə etmək və hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləmək məqsədilə Parisdə Luvrun girişi bağlanıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. "Dünyanın ən böyük muzeyinin girişin

19 oktyabr
.

Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında 7 avqustda imzalanan Məkkə Birgə Müdafiə Sazişi Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. "Tərəflərdən birinə silahlı hücumun hər üçünə hücum hesab ediləcəyini nəzərdə tutan sazi

20 oktyabr
.

Rusiyanın Kiyevə hücumu nəticəsində qadın həlak oldu

Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə gecə saatlarında endirdiyi zərbə nəticəsində bir qadın həlak olub, üç nəfər yaralanıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində paytaxtın sol sahilində yerləşən metro stansiyasına

19 oktyabr
.

Bu ölkədə millət vəkili qəsdən maşınla vuruldu

Viktoriya polisi və Avstraliya Baş naziri Entoni Albanese bildirib ki, müstəqil Avstraliya millət vəkili Helen Haynes Melburnun şimal-şərqindəki Vanqaratta şəhərindəki ofisinin qarşısında avtomobilin onun üzərinə qəsdən sürülməsi nəticəsində xəsarət alıb. xəbər verir ki, polisin məlumatına görə, hadisədə

19 oktyabr
.

Honkonqda kriptovalyuta şirkətinin əməkdaşı fırıldaqçıların qurbanı olaraq 500 min dollardan çox pul itirib

Honkonqda kriptovalyuta mübadiləsi şirkətinin əməkdaşı "WhatsApp" messencerində saxta işçi qrupu yaradılması yolu ilə həyata keçirilən dələduzluq nəticəsində 4 milyon Honkonq dollarından çox, təxminən 500 min ABŞ dolları itirib. xəbər verir ki, polis son iki həftə ərzində oxşar üsulla törədilmi

19 oktyabr
.

Cennifer Lopezin həmkarı ilə yeni eşq yaşadığı iddia olunur

Amerikalı müğənni və aktrisa Cennifer Lopezin həmkarı ilə romantik münasibətə başladığı barədə xəbərlər yayılıb. İddialara görə, 57 yaşlı ulduz "Netflix" platforması üçün çəkilən "Ofis romanı" filmindəki tərəf-müqabili, 46 yaşlı aktyor Bret Qoldşteynlə görüşür. Qaynarinfo xəbər veri

20 oktyabr
.

İsrail Müdafiə Qüvvələri və Şin Bet Qəzza zolağında HƏMAS-ın üç silah anbarını məhv ediblər

İsrail Müdafiə Qüvvələri və Şin Bet cümə axşamı günü Qəzza zolağında HƏMAS-ın istifadə etdiyi üç silah anbarına zərbələr endiriblər. The Jerusalem Post-a istinadən xəbər verir ki, hərbçilərin məlumatına görə, obyektlərdə RPG, buraxılış qurğuları, raketlər, Kalaşnikov tüfəngləri və digər döyüş texnikas

20 oktyabr