Səmada "həbs" - O kosmonavtı heç kim Yerə qaytarmaq istəmədi

Səmada "həbs" - O kosmonavtı heç kim Yerə qaytarmaq istəmədiSergey Krikalev dünyanın ən qəribə tale yaşamış kosmonavtıdır. Bütün kosmonavtların Yerə dönüşü gül-çiçəklə qarşılansa da onu səmadan yerə endirmək istəməyiblər. Hə, bu zarafat deyil.

O, kosmosda unudulmuş, kosmosda yaşamaq üzrə dünya rekordu vurmağa məcbur qalmış sonuncu SSRİ vətəndaşı idi. Sovet İttifaqının süquta uğradığı dövrdə Sergey Yer ətrafında fırlanan "Mir" stansiyasında idi.
Səmada "həbs" - O kosmonavtı heç kim Yerə qaytarmaq istəmədi19 may 1991-ci ildə Krikalev bütün uçuş tapşırıqlarını uğurla yerinə yetirmiş, evə qayıtmağı gözləyirdi. Lakin Sovet İttifaqının dağılması ilə bütün kosmik proqramlar təxirə salındı. Kosmonavt səmada unuduldu. Heç kim onu geri gətirmək istəmirdi. Çünki bu, böyük xərc tələb edirdi. Yerdə dağılmış bir dövlətdə xaos, ondan qalan borclar, inflyasiya hökm sürürdü. Krikalev kapsula ilə geri dönə bilərdi. Lakin bu "Mir" stansiyasının məhvinə səbəb ola bilərdi.

Kosmonavt gözləməli oldu. Onun kosmosda qalma müddəti öncədən 5 ay planlaşdırılsa da vaxt iki dəfə uzadıldı. Bu müddət ərzində səmaya qalxmış 2 şatlın heç birində ona yer olmadı. Onunla demək olar ki, maraqlanan yox idi. Bu qədər uzun müddət kosmosda qalmaq xərçəng xəstəliyi riski, kosmik radiasiyaya məruz qalmaq, əzələlərin tamamilə hərəkətdən düşməsi demək idi.

O xarab olan cihazları özü təmir edir, öz həyatının xilası üçün cəhd göstərirdi. Ruslar "Mir" kosmik stansiyasını iki alıcıya satdılar. "Kosmik Robinzon" səmada həbs müddətində yer ətrafında 130 dəfə dövr edərək 5.486.215 kilometr uçmuşdu.

311 gün sonra Almaniya öz astronavtını Krikalevlə əvəz etməyə qərar verincə onun Yerə qayıtmaq şansı yarandı. Yerə dönərkən o 4 nəfərin köməyi ilə ayaq üstə zorla dayana bilirdi. Bu fədakarlığa görə Sovet İttifaqı Qəhrəmanı S.K.Krikalevə Rusiya Qəhrəmanı adı da verildi./Lent.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1879   Tarix: 28 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya 500-dən çox dronu məhv etdi

Gecə saatlarında Ukrayna ordusunun bölmələrini yanacaqla təmin edən Odessa limanındakı yanacaq-sürtkü bazası yüksək dəqiqlikli hava əsaslı silahlar və uzaqmənzilli zərbə dronları ilə vurulub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb. Bundan əlavə, Hava Hücumundan Müdafiə Qüvvələr

12 avqust
.

ABŞ müharibədən 20 gün sonra danışıqlar üçün yalvardı - Əraqçi

İran İslam Respublikası ABŞ-la müharibədə qalib gəlib. xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. "Bu, xalqın fədakarlığının və müqavimətinin nəticəsi idi, hətta müharibənin ilk günündə İranın qeyd-şərtsiz təslim olmasını tələb edən düşmən təxminən 20 gün sonra danışıqla

12 avqust
.

Stiv Uitkoff: "Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır"

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Azərbaycan və Ermənistan arasında Vaşinqton bəyannaməsinin ildönümü ilə bağlı paylaşım edib. xəbər verir ki, S.Uitkoff bu barədə "X" hesabında yazıb. "Düz bir il əvvəl ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistanı danışıqlar masas

9 avqust
.

Tatarıstanda matəm elan edildi - Yenilənib

Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Tatarıstan Respublikasına hücum edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Tatarıstan rəhbərinin Mətbuat xidməti yayıb. İlkin məlumata görə, Nijnekamsk şəhərində sənaye və mülki obyektlərə edilən bu hücum nəticəsində ölənlər var

10 avqust
.

Latviya Belarusla sərhədin altında tunel aşkar edib

Latviya Belarusla sərhədin altında tunel aşkar etdiyini bildirib və ölkənin şərq sərhədində nəzarətin gücləndirilməsi tədbirlərini elan edib. "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava baş nazir Andris Kulberqs ilə birgə mətbuat konfransınd

11 avqust
.

Rusiya Ukraynaya növbəti zərbələr endirdi: ölən və yaralananlar var

Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə raket və PUA-larla hücumlarını davam etdirir. Son hücumlar nəticəsində yaşayış binalarına və mülki infrastruktura zərər dəyib, ölən və yaralananlar barədə məlumat verilib. "Reuters" xəbər verir ki, Rusiyanın son hücumlarından biri Xarkov şəhərind

10 avqust
.

Ermənistan vətəndaşları bu ölkədən deportasiya edilir

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq şöbələri ilə sıx əməkdaşlıq çərçivəsində son günlərdə 113 xarici vətəndaşı Gürcüstandan deportasiya ediblər. xəbər verir ki, Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə

11 avqust
.

İspaniya İtaliyadan gələnlər üçün sərhəd nəzarəti tətbiq edir

İspaniya, Mərakeşdən İspaniyanın Seuta yarımanklavına görünməmiş kütləvi miqrant axınından sonra Romanın tətbiq etdiyi əvvəllər qoyduğu məhdudiyyətləri təkrarlayaraq, İtaliyadan gələn səyahətçilər üçün müvəqqəti sərhəd yoxlamaları elan etdi. xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyinin açıqlamasın

11 avqust
.

Fransada restorana tez gedən cütlük lotereyada 10 milyon avro qazandı

Fransanın Dordon bölgəsində yaşayan ailə cütlüyü təsadüfən "Lotto" lotereyasında 10 milyon avro məbləğində böyük uduş əldə edib. xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb. Bildirilib ki, onlar restorana təyin olunmuş vaxtdan 20 dəqiqə əvvəl gəliblər və vaxt öldürmək üçün qonşu köşkdə

10 avqust