"Elə bir mühafizə sistemi yaratmışdılar ki, sanki AMEA hərbi qurumdur" - ARAŞDIRMA

"Elə bir mühafizə sistemi yaratmışdılar ki, sanki AMEA hərbi qurumdur" - ARAŞDIRMAİstiqamət: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə SSR Elmlər Akademiyasının Azərbaycan filialı Azərbaycan Milli Elmlər Akademiyasına çevrilib.Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının 40 şöbəsinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsinə fərman verib.
Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətindəki boşluqlar nə idi və onun nazirliyin tabeliyinə verilməsi Azərbaycan elm və təhsilinin inkişafına hansı töhfə verə bilər?

Bununla bağlı Sonxeber.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, AMEA şərəfli yol keçib, amma son on ildə intriqa yuvasına çevrilib. Fərqli işlərdə çalışmış məmurlar işdən azad olunanda Akademiyaya gəlib. Elmi-tədqiqat müəssisələrinin yeni yaradılmış Elm və Təhsil Nazirliyinə qatılması dövlət və xalqın elmdən gözlədiyi rolun düzgün müəyyənləşməsinə səbəb olacaq:

"Biz uzun illərdir təklif edirik ki, elm və təhsil mərkəzi yaradılmalı, elmin köhnə qaydada idarə olunmasına son qoyulmalıdır. Dünən prezidentin imzaladığl fərman elmin inkisafının yeni müstəviyə qədəm qoymasına gətirib çıxaracaq. AMEA- nın ləğvindən söhbət getmir, humanitar və ictimai yönümlü institutlar, elmi tədqiqat müəssisələri AMEA-nın tərkibində fəaliyyət göstərəcəklər. Əsasən tətbiq yönümlü elmi-tədqiqat müəssisələrinin yeni yaradılmış Elm və Təhsil Nazirliyinə qatılması dövlət və xalqın elmdən gözlədiyi rolun düzgün müəyyənləşməsinə səbəb olacaq. Elm və təhsilin ayrı-ayrı fəaliyyət göstərməsi mümkün deyil. Bunlar bir-biri ilə o qədər vəhdət təşkil edən sahələrdir ki, elmi ayrı, təhsili ayrı qurumun idarə etməsi nəticəsində xeyli xoşagəlməz hal yaşayırıq. AMEA şərəfli yol keçib, amma son on ildə intriqa yuvasına çevrilməsi cəmiyyətdə ikrah və narazaılıqla qarşılanmasına səbəb oldu. Cəmiyyətdə uzun illərdir AMEA-da dissertasiyaların pulla yazılması kimi elmə yaraşmayan fəaliyyətin olması fikirləri səslənirdi.Təsadüfi insanların elmə gəlməsi, təkrar mövzuların dövriyyəyə vurulması, dissertasiya movzularının seçilməsində qeyri-peşəkarlıq və görüntü xarakterli işlərin olması qəbul edilən deyildi. Zaman-zaman fərqli işlərdə çalışmış məmurlar işdən azad olunanda Akademiyaya gəlirdilər, guya, hansısa elmi istiqamətdə rəhbərlik edirdilər. Akademiyada həqiqi elm adamları həmişə olub və bu gün də var. Amma 10 min əməkdaşın elmlə məşğul olması faydalılığın hansı səviyyədə olmasını göstərirdi. Akademiya qeybət yuvasına çevrilmişdi, səhərdən axşama kimi sadəcə vaxt öldürürdülər.
Mən düşünürəm ki, elm iqtisadiyyatın aparıcı lokomotivi olmalıdır. Bizim elmin iqtisadiyyata təsirini Akademiyaya rəhbərlik edənlər ayrı-ayrı otaqların icarəyə verilməsində görürdülər.
Elə bir mühafizə sistemi yaratmışdılar ki, sanki AMEA hərbi qurumdur. Hər zaman böyük ürək ağrısı ilə narazılığımı ifadə edirdim ki, Akademiyanın həyətində müxtəlif iaşə müəssisələri açılıb və Akademiyaya yaraşmayan tərzdə fəaliyyət göstərir. Orda çayxana, kafedə spirtli içkilər təqdim olunurdu. Dünyanın fərqli ölkələrində elmi tədqiqat mərkəzlərində olmuşam. Onların heç birində belə yanaşma yoxdu. Təsadüfi insanların elmə gətirilməsi normal olmayan ab-hava formalaşdırmışdı. Digər tərəfdən Elmlər Akademiyasında sağlam rəqabət mühiti yox idi. Həmin təsadüfi adamlar heç biri o elmi işləri özləri yazmamışdılar, onlar üçün o işləri yazanlar var idi. O elmi adlar geri alınmalıdır. Elmi elə spekulyasiya növünə çevirmişdilər ki, sanki elm tam fərqli fəaliyyət növüdür. Ümid edirəm ki, Elm və Təhsil Nazirliyi bu sahədə olan qüsurları aradan qaldıracaq və xalqımızın elmdən gözləntilərini doğruldacaq. Bütövlükdə elmin yerini və rolunu düzgün müəyyənləşdirəcək, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən sahələrdə tədqiqatlar aparacaq, tədqiqat üçün mövzular düzgün seçiləcək,istedadlı gənclərimiz Akademiyaya gələcək, ümumiyyətlə , Azərbaycan elmi özü pul qazanmaq iqtidarında olacaq. Humanitar və ictimai elmləri çıxmaq şərti ilə digər elm sahələri innovativ işlər tətbiqindən böyük vəsaitlər qazanmalıdır, amma qazana bilmirlər. Təəssüf ki, Azərbaycan alimlərinin birgə tədqiqatları yoxdu Biz beynəlxalq tədbirləri böyük ürək ağrısı ilə izləyirdik. Əslində elm tutumlu ölkələrdə Azərbaycan elminin hansı səviyyədə olması aydın görünürdü. Bu bizim xalqın intellektual göstəricisi deyildi. Xalqımız intellektual baxımdan qüdrətlidir, amma bu potensialı ortaya qoymaq üçün zəmin yox idi. Böyük ümidlə bu fərmanın nəticələrini gözləyirəm. Bu sahədə olan çatışmazlıqlar, dövlətin inkişafı ilə uzlaşmayan məqamlar aradan qalxacaq".

Təhsil eksperti Elşən Qafarov bildirib ki, Elmlər Akademiyası heç bir fundamental elmi araşdırmaya imza atmayıb. Onun Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi uğurlu nəticə verə bilər:
"Biz uzun illərdir ki, Təhsil Nazirliyində struktur dəyişikliyi gözləyirdik. Təhsil sahəsində bir neçə qurum var. Mərkəzi icra orqanı olan Təhsil Nazirliyi, elmi qurum olan Elmlər Akademiyası və təhsil sahəsində qiymətlənmdirmə, yekun attestasiya həyata keçirən Dövlət İmtahan Mərkəzi. Elmlər Akademiyası və Təhsil Nazirliyinin ayrı ayrımüstəqil fəaliyyət göstərməsi günün reallığı ilə uyğunlaşmır. Müstəqilliyimizin 30 illik tarixində elmi kadrları öz ətrafında birləşdirən Elmlər Akademiyası heç bir fundamental elmi araşdırmaya imza atmayıb. Hər il yüz milyonlarla dövlət vəsaiti Elmlər Akademiyasının saxlanmasına xərclənib. AMEA müstəqil təşkilat olaraq Azərbaycan elminin təhsil ilə inteqrasiyasını tətbiq edə bilmirdi. Bütün bunların fonunda mütəxəssislər qeyd edirdilər ki, Elmlər Akademiyasının ayrıca struktur kimi qalması Azərbaycan elminə töhfə vermir. Prezidentin imzaladığı fərman bu inteqrasiyanı təmin etmək üçün çox doğru addımdır. Azərbaycan elminin ali təhsil müəssisələri ilə birlikdə fəaliyyət göstərməsinə və ali təhsil müəssisələrinin elm vəinnovasiya mərkəzinə çevrilməsində böyük üçün töhfə verəcək. Digər tərəfdən 2022-2026-cı illər üçün proqramda prezidentin fərmanı ilə iki elmi tədqiqat institutunun yaranması da nəzərdə tutulub.Məhz bu tədqiqat institutlarının Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi uğurlu nəticə verə bilər. İstənilən halda fərman Azərbaycan elminin inkişafı üçün müsbət addımdır".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.
"Elə bir mühafizə sistemi yaratmışdılar ki, sanki AMEA hərbi qurumdur" - ARAŞDIRMAŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4327   Tarix: 01 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr