25 yaşlı qadın yatağından yıxılıb öldü - FOTO

25 yaşlı qadın yatağından yıxılıb öldü - FOTOBöyük Britaniyanın Ril şəhərindən olan 25 yaşlı Nataşa Simpson gecə yataqdan yıxıldıqdan iki gün sonra xəstəxanada ölüb.

Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Belə ki, yataqdan yıxıldıqdan sonra Nataşada naməlum mənşəli tutma baş verib. O, helikopterlə Stok-on-Trent şəhərindəki xəstəxanaya aparılıb. Yolda qadında güclü qanaxma başlayıb.

Xəstəxanada həkimlərin qoyduğu diaqnoza əsasən, Simpsonda beyin damarlarının partlaması (anevrizma) baş verib. Həkimlər iki gün onu cihazlara qoşaraq, həyatını xilas etməyə çalışsalar da, mümkün olmayıb. Qadının iki yaşlı qızı Nayla anasız qalıb.

Nataşanın ailəsi onun orqanlarını ehtiyacı olan xəstələrə bağışlamağa razılıq verib.

Onlar dəfn mərasimi üçün pulu internet vasitəsilə toplamalı olublar. Yığılan vəsait, həmçinin, Nataşanın, maddi durumu yaxşı olmayan 59 yaşlı anasına yardım məqsədilə veriləcək, çünki o, hazırda nəvəsi Naylanın yeganə himayədarıdır.
25 yaşlı qadın yatağından yıxılıb öldü - FOTO25 yaşlı qadın yatağından yıxılıb öldü - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1919   Tarix: 30 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb

Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. "ABŞ-nin 24 bankını

18 oktyabr
.

Türkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 10-a çatıb

Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. xəbər verir ki, Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. İstanbulda palçıq sürüşməsində

20 oktyabr
.

Parisdə etirazçılar Luvrun girişini bağlayıblar

Tələbə etirazları çərçivəsində yuxarı sinif şagirdlərinin nümayişlərinə dəstək ifadə etmək və hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləmək məqsədilə Parisdə Luvrun girişi bağlanıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. "Dünyanın ən böyük muzeyinin girişin

19 oktyabr
.

Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır

Əgər Amerika hərbçiləri Hörmüz boğazı bölgəsinə göndərilməsəydi, ABŞ-də benzin qiymətləri dəfələrlə yüksək olardı. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "CBS" telekanalına müsahibəsində bildirib. "Benzin qiymətləri çox yüksəkdir. Əgər ABŞ Hərb

18 oktyabr
.

Kim Çen In komaya düşüb? - Bacısı yerinə keçə bilər

Şimali Koreya lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb. "Qafqazinfo" "The Sun" nəşrinə istinadən xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o

20 oktyabr
.

Reuters: "Trampın seçkilərdə mövqeyinin zəifləməsi ABŞ-ın müttəfiqlərinə yeni imkanlar yarada bilər"

ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərdən sonra Konqresdə qüvvələr nisbətinin dəyişməsi Donald Tramp administrasiyasının xarici siyasətinə təsir göstərə bilər. Reuters-ə istinadən xəbər verir ki, Avropa ölkələri, Kanada və Şərqi Asiyadakı ABŞ müttəfiqləri Ukraynanın müdafiəsi, NATO, ticarət münasibətlər

19 oktyabr
.

Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək

Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad

19 oktyabr
.

Ukrayna BVF-yə ikinci ən böyük borclu ölkəyə çevrilib

Ukrayna Beynəlxalq Valyuta Fondunun (BVF) dünyanın ən böyük borcluları siyahısında ikinci yerdədir. xəbər verir ki, BVF-nin məlumatına görə, 2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkənin Fonda 14,5 milyard dollar borcu var idi. Ukraynanın ümumi borc məbləği 10,69 milyard Xüsusi Borclanm

20 oktyabr
.

Səudiyyə Ərəbistanının paytaxtında təhlükə xəbərdarlığından sonra partlayışlar eşidilib

AFP jurnalistlərinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının paytaxtı iki partlayışdan sarsılıb. The Times of İsrael-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı hakimiyyət orqanları potensial təhlükə barədə xəbərdarlıq etdikdən sonra iki partlayış baş verib. Səudiyyə Ərəbistanını

20 oktyabr