"Dünyada ən çox qaçqına ev sahibliyi edən Türkiyəyə təşəkkür edirik"- BMT
Birləşmiş Millətlər Təşkilatı dünyada ən çox qaçqının Türkiyədə olduğunu açıqlayıb. Baş katibin humanitar məsələlər üzrə müavini Coys Msuya buna görə Türkiyəyə təşəkkür edib.
Sonxeber.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini Fərhan Haq BMT-nin Baş Qərargahında təşkil edilən mətbuat konfransında bildirib ki, baş katibin humanitar məsələlər üzrə müavini Coys Msuya, Qaziantep və Hatayın da daxil olduğu Türkiyəyə 5 günlük səfərini başa vurub.
Haq deyib ki, Msuya köçkün suriyalı qadınlar, habelə humanitar tərəfdaşlar, BMT əməkdaşları, donorlar və sərhədyanı yardıma reaksiyada iştirak edən Türkiyə hökumət rəsmiləri ilə görüşüb.
"Msuya humanitar yardım səylərini dəstəklədiyi üçün Türkiyə hökumətini alqışlayıb və dünyanın ən böyük qaçqın qəbul edən ölkəsi olan Türkiyəyə 3,7 milyon qaçqına ev sahibliyi etdiyi üçün təşəkkür edib" ,- deyə Fərhad Haq əlavə edib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2456 Tarix: 30 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. "ABŞ-nin 24 bankını
18 oktyabrTürkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 10-a çatıb
Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. xəbər verir ki, Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. İstanbulda palçıq sürüşməsində
20 oktyabrParisdə etirazçılar Luvrun girişini bağlayıblar
Tələbə etirazları çərçivəsində yuxarı sinif şagirdlərinin nümayişlərinə dəstək ifadə etmək və hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləmək məqsədilə Parisdə Luvrun girişi bağlanıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. "Dünyanın ən böyük muzeyinin girişin
19 oktyabrKim Çen In komaya düşüb? - Bacısı yerinə keçə bilər
Şimali Koreya lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb. "Qafqazinfo" "The Sun" nəşrinə istinadən xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o
20 oktyabrDünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək
Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad
19 oktyabrUkrayna BVF-yə ikinci ən böyük borclu ölkəyə çevrilib
Ukrayna Beynəlxalq Valyuta Fondunun (BVF) dünyanın ən böyük borcluları siyahısında ikinci yerdədir. xəbər verir ki, BVF-nin məlumatına görə, 2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkənin Fonda 14,5 milyard dollar borcu var idi. Ukraynanın ümumi borc məbləği 10,69 milyard Xüsusi Borclanm
20 oktyabr