Putin hansı ölkəni Ərdoğana "nimçədə" təqdim edəcək və əvəzində nə alacaq..? - MARAQLI

Putin hansı ölkəni Ərdoğana "nimçədə" təqdim edəcək və əvəzində nə alacaq..? - MARAQLI"Ərdoğan yalnız özünün və Türkiyə xalqının müttəfiqidir..."

"Putin Ermənistan rəhbərliyinin siyasətindən son dərəcə narazıdır..."

"Putinin Ermənistanla məşğul olmağa nə zamanı, nə də marağı var..."

"Putin Paşinyana səmimi qəlbdən nifrət edir, onu erməni siyasətində bambılı və anlaşılmazlıq hesab edir..."

"Putin Ermənistanla birdəfəlik üzülüşməyə və onu "nimçədə" Ərdoğana təklif etməyə hazırdır..."

"Ərdoğan Putinin təklif etdiyi hər şeyi götürəcək, əvəzində minimum güzəştlərə gedəcək, amma onlara əməl etməyəcək..."

"Ərdoğan yeganə liderdir ki, Putin ona bel bağlaya bilər, amma bu, əbəsdir..."

"Bayraktar" texnologiyasının Rusiyaya ötürülməsi NATO əleyhinə konkret hərəkət olardı və bu, baş verməyəcək..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Soçiyə getməyi planlaşdırır. İki ölkə arasında münasibətlər, ilk baxışda göründüyü kimi, elə də asan deyil, lakin dövlət rəhbərləri güzəştlər tapa biləcək.

Sonxeber.az xəbər verir ki, bunu hərbi icmalçı, Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç və "General SVR"-in Telegram-kanaldakı müəllifi güman edir.

Belə ki, "General SVR"-in fikrinə görə, Putin səmərəli danışıqlara bel bağlayır və Ərdoğandan bir sıra istiqamətlərdə güzəştlərə nail olmaq istəyir, bu zaman Kreml rəhbərinin özü də heç də az olmayan şeylər təklif etməyə hazırdır.

"Son zamanlar Putin Ermənistan rəhbərliyinin siyasətindən son dərəcə narazıdır, onun fikrinə görə, Rusiya üçün çətin vəziyyətdən istifadə edərək, o, onun təsir dairəsindən uzaqlaşır və Qərbə tərəf yönəlir. Putinin Ermənistanla məşğul olmağa nə zamanı, nə də marağı var. O, səmimi qəlbdən Paşinyana nifrət edir, onu erməni siyasətində bambılı və anlaşılmazlıq hesab edir. Putinin intriqaların köməyilə Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq cəhdləri yalnız özü üçün etimadın itirilməsinə və nüfuzdan düşməsinə gətirib çıxarıb, çünki bu cəhdlər çox yöndəmsiz və bacarıqsız edilib. İndi Putin Ermənistansan birdəfəlik üzülüşməyə və onu "nimçədə" Ərdoğana təklif etməyə hazırdır", - müəllif yazır və əlavə edir ki, Ermənistandan başqa, Putin Ərdoğana Çinin Orta Asiyadan sıxışdırılması üzrə alyans təklif etməyə hazırdır.

"Putin Türkiyəni regionda Çinlə müqayisədə az ziyanlı ölkə hesab edir və bəzi şərtlər daxilində öz mövqelərindən əl çəkməyə hazırdır", - "General SVR" iddia edir.

Müəllifin məlumatına görə, Rusiya prezidenti Türkiyə liderindən Ukrayna rəhbərliyinə təzyiq etmək üçün birgə razılaşdırılmış mövqeyə, sanksiyalardan yan keçməkdə köməyə, NATO-da xüsusi rəyinə, Ukraynaya silah verilməsindən imtinaya və bir çox başqa şeylərə nail olmaq istəyir.

"Putinin Ərdoğanla ünsiyyətinin ənənələrindən çıxış etsək, Türkiyə prezidenti Putinin təklif edəcəyi hər şeyi götürəcək, əvəzində minimum güzəştlərə razı olacaq, amma onlara əməl etməyəcək. Lakin Rusiya prezidentinin verilən vədlərə razılaşmaqdan və çıxılmazlıqdan dizlərinə döyməkdən savayı başqa çıxış yolu və variantları yoxdur. Ərdoğan az qala yeganə liderdir ki, Putin ona bel bağlaya bilər, amma bu, əbəsdir", - "General SVR" belə proqnoz verib.

Oxşar fikri Aleksey Arestoviç ifadə edib və bəyan edib ki, Ərdoğan üçün öz ölkəsinin maraqları hər şeydən üstündür və o, Kreml rəhbərinə güzəştə getməyəcək.

"Axı, Türkiyə özünəməxsus ölkədir. O, Rusiya ilə həm vuruşur, həm də ondan öz maraqları naminə, o cümlədən Qərblə qarşıdurmadan istifadə edir. Lakin düşünürəm ki, Türkiyə hakimiyyəti öz maraqlarını güdür, burada həyəcanlanmağa dəyməz. Ərdoğan Rusiyanın müttəfiqi kimi hətta gülməli də deyil. Ərdoğan yalnız özünün və Türkiyə xalqının müttəfiqidir", - müşavir belə deyib.

Bu yaxınlarda Putinin Türkiyənin "Bayraktarlar" istehsalçısı ilə əməkdaşlıq etmək istədiyi barədə yayılan informasiyalara toxunan Arestoviç bəyan edib ki, bu məsələdə heç bir perspektiv görmür.

"Mən "Bayraktarlar" texnoligiyasının Rusiyaya ötürülməsinə inanmıram, çünki bu, konkret olaraq NATO əleyhinə hərəkət olardı. Amma mən deyə bilərəm ki, mən buna heç təəccüblənməzdim, ona görə ki, Türkiyənin hərbi sənayeçiləri "Bayraktarlar"dan iki pillə yuxarı texnologiyalara keçirlər. Ona görə də nədən köhnə texnologiyaları Rusiyaya verməsin? Lakin, düzünü desəm, bu, NATO və Avropa İttifaqında o qədər mənfi qarşılanacaq ki, çətin ki, bu baş versin. Bu, böyük ehtimalla, Rusiyanın xüsusi xidmət orqanlarının "uydurması"dır./Moderator


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1457   Tarix: 31 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ali Radanın deputatı Zelenskinin varisini açıqladı

"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq

18 oktyabr
.

Meksikada üç turistin qətlinə görə şok hökm

Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları

18 oktyabr
.

Yəməndə raket hücumu: azı 20 hərbiçi öldürülüb

Yəmənin cənubundakı Şəbva vilayətində hökumət qüvvələrinə məxsus hərbi düşərgəyə ballistik raketlərlə hücum edilib. Nəticədə azı 20 hərbiçi həlak olub, 20-dən çox hərbiçi yaralanıb. Associated Press-ə istinadən xəbər verir ki, hücum oktyabrın 19-da Əl-Ələm hərbi düşərgəsinə qarşı həyata keçirilib. Yəmə

19 oktyabr
.

Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?

Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ

19 oktyabr
.

Tramp İrana qarşı əməliyyatları davam etdirməyə hazır olduğunu bildirdi

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin başa çatdırılması istiqamətində sərt mövqeyini davam etdirir. Oktyabrın 18-də Tramp İrana qarşı əməliyyatlarla bağlı "işi sona çatdırmaq" mesajı verib. Reuters-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi isə bu bəyanat

19 oktyabr
.

Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur

Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik və ya psixotrop maddələrin satışı və ya verilməsi ittihamı ilə ittiham aktı hazırlanıb. "Haber Global" telekanalına istinadən xəbər verir ki, ittiham aktında onun azı 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur. İstanbulda Bakırkö

18 oktyabr
.

Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır

Əgər Amerika hərbçiləri Hörmüz boğazı bölgəsinə göndərilməsəydi, ABŞ-də benzin qiymətləri dəfələrlə yüksək olardı. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "CBS" telekanalına müsahibəsində bildirib. "Benzin qiymətləri çox yüksəkdir. Əgər ABŞ Hərb

18 oktyabr
.

Bu şəhərlərdə gecələr küçəyə çıxmaq yasaqlandı

Fransanı bürüyən kütləvi etirazlar və şiddətli toqquşmalar fonunda hökumət radikal addımlar atmağa başlayıb. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 19-dan etibarən ölkənin şimalında yerləşən Lil şəhərində, eləcə də, ətraf, Vattinyi və Dönen şəhərlərində iki gecəlik komendant saatı elan olunub

20 oktyabr
.

"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb

Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. "ABŞ-nin 24 bankını

18 oktyabr