Yaylaq Festivalında yolda qalanlar olub? - DİN aydınlıq gətirdi
"Bəzi xəbər saytlarında ölkəmizdə keçirilən II Yaylaq Festivalı zaman böyük tıxacların olması və vətəndaşların bu tıxacda qalması ilə bağlı əsası olmayan yazılar dərc olunub".
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya açıqlamasında bildirib ki, Göygöl rayonun da keçirilən festival ilə bağlı rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib, həm ictimai asayişin qorunması həm də nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları mütəmadi müvafiq tədbirlər görür.
Qeyd edilib ki, bu tədbirlərə festivala gələn avtomobillərin festival ərazisinə növbəli şəkildə buraxılması da daxildir: "Festivalın keçirildiyi yer dağlıq ərazidir, həmin ərazidə olan yol bir tərəfli olmaqla bərabər sər dolanbac və yoxuşlu yoldur. Bu səbəbdə həmin ərazidə adi günlərdə də müəyyən olunmuş aşağı sürət ilə hərəkət edilməlidir. Əlavə olaraq dünən axşam saatlarında yağış yağması vətəndaşların eyni anda festival ərazisini tərk etməsinə səbəb oldu. Lakin bu zaman da Göygöl RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları müvafiq təhlükəsizlik tədbirləri görərək vətəndaşların təhlükəsiz və növbəli şəkildə hərəkətini təmin edib. Onu da qeyd edim ki, festival müddətində nə cinayət nə də inzibati xarakterli hüquqpozma qeyd alınmamaqla bərabər hər hansı bir yol nəqliyyat hadisəsi də baş verməyib".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı