Ruslar paradı ləğv etmək üçün "Sevastopol yalanı"nı uydurublar?
İyulun 31-də səhər saatlarında Rusiya rəsmiləri ilhaq edilmiş Sevastopolda (Krım) yerləşən Qara dəniz donanmasının qərargahına Ukrayna Silahlı Qüvvələrinin hücum etməsi barədə məlumat yayıblar.
Sonxeber.az xəbər verir ki, zərbə nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilib.
Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, səhər tezdən donanmanın qərargahının həyətinə naməlum obyekt düşüb və partlayış baş verib. İddiaya görə, hadisə nəticəsində ölən olmasa da, 5 işçi yaralanıb.
Odessa vilayətinin rəhbərinin sözçüsü isə rusların Krımda Qara dəniz donanmasının qərargahına Ukrayna Silahlı Qüvvələrinin zərbə endirməsi ilə bağlı bəyanatlarını təkzib edib.
"Ukraynanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahına guya hücum etməsi ilə bağlı xəbər açıq-aşkar təxribatdır. Krımın işğalçılardan azad edilməsi bu şəkildə baş verməyəcək və çox daha təsirli olacaq. Hər şeyin öz vaxtı var", - o, "Telegram"da yazıb.
Ukrayna tərəfi rusların onlardan qorxduğu və Rusiyanın Hərbi Dəniz Qüvvələri Günü münasibətilə nəzərdə tutulan paradı ləğv etmək üçün belə bir şey uydurduğunu iddia edir.
Qeyd edək ki, hadisəyə görə Rusiya Hərbi Dəniz Qüvvələri Gününün qeyd olunması təxirə salınıb. Bu münasibətlə iyulun 31-də Hərbi Dəniz Qüvvələri Günündə Sevastopolda keçiriləcək hərbi parad da ləğv edilib. Həmçinin Zabitlər Evində dənizçilərin görüşü, eləcə də Rusiya Federasiyası Qara Dəniz Donanmasının komandanı ilə ziyafət də olmayacaq./Yeniavaz
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1110 Tarix: 31 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19 oktyabrRumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu
Bu gün, 19 oktyabr tarixində Rumıniyada baş verən zəlzələ Ukraynada - xüsusilə Odessa vilayətinin cənub hissəsindəki sakinlər tərəfindən hiss olunub. Bizim.Media xəbər verir ki, Rumıniyanın Milli Yer Fizikası İnstitutunun məlumatına görə, yerli vaxtla saat 11:51-də Rumıniyanın Buzeu əyalətində, Vranç
19 oktyabrKim Çen Inın bacısından sərt bəyanat: Cənubi Koreyaya xəbərdarlıq
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreyanı sərhəddəki hərəkətlərinə görə tənqid edib. O, iki ölkə arasındakı sərhəd bölgəsində yaranmış vəziyyəti ciddi adlandıraraq Seula xəbərdarlıq edib. The Mirror-a istinadən xəbər verir ki, Kim Yo Conqun sözlərinə görə, Cənubi Koreya hərbçilər
20 oktyabr"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. "ABŞ-nin 24 bankını
18 oktyabrBBC dövlət qulluqçuları ilə əməkdaşlığı dayandırıb
BBC xəbər otağında dövlət qulluqçularının faktların yoxlanılması və statistik məlumatların təhlilində iştirak etməsi ilə bağlı yaranan narahatlıqlardan sonra əməkdaşlıq proqramını dayandırıb. The Times-a istinadən xəbər verir ki, qərar BBC-nin redaksiya müstəqilliyi və qərəzsizliyi ətrafında müzakirələ
19 oktyabr