Festival deyildi, biabırçılıq idi - Telli Pənahqızı
Kaş ki, bütün gecəni yuxusuz qalıb bu boyda əziyyətlə o yolu getməyəydim. Dağlara - festivalın keçirildiyi məkana qədər uzanan o tozlu-torpaqlı yoldakı tıxacı görməyəydim, baş verən hərc-mərcliyin, aylardan bəri çəkilən zəhmətin, bu "möhtəşəm" biabırçılığın şahidi olmayaydım.
Bunu telejurnalist Telli Pənahqızı deyib.
"Bilmədim bu festival idi, yoxsa.. Sonra nə istəsəniz yaza bilərsiz.
Gədəbəydə keçirilən festivalda iştirak etməmişdim. Ancaq haqqında maraqlı və könülaçan rəylər yazmışdı həmkarlarım. Hacıkənddə keçirilən 2-ci Yaylaq festivalına da elə bu təəssüratlara güvənərək yola çıxmışdım. Üstəlik də özümlə bərabər Qərbi Azərbaycan İcmasının üzvlərindən bir neçə xanımı da həvəsləndirib aparmışdım.
Bir tərəfdən də, ağlımda uzun illər boyu qardaş Türkiyənin Bayburt şəhərində keçirilən Dədə Qorqud şölənlərinin, Yaylaq bayramının unudulmaz xatirələri, epizodları vardı.
Amma və lakin…
Bu, festival deyildi...
Minlərlə insanın əsəbini korlayan, həyatını təhlükə altında qoyan, yağışlı havada, tufanlı gecədə onları təbiətin şıltaqlığı ilə üzbəüz qoyan, uşaqları, körpələri dağın başında, yağışın altında taleyin ixtiyarına buraxan təşkilatçıların yarıtmaz işi barədə daha geniş bir yazı olacaq", - o qeyd edib./Axar
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4314 Tarix: 31 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabr