Ərdoğan Putinlə anlaşsa, savaş başlayacaq: Rusiya buna məcbur, ABŞ isə narazıdır

Ərdoğan Putinlə anlaşsa, savaş başlayacaq: Rusiya buna məcbur, ABŞ isə narazıdırTürkiyədən asılı vəziyyətə düşməkdə olan Kremlin, rəsmi Ankaranın Rusiyadan üz çevirməməsi üçün əlindən gələn hər şeyi edəcəyi şübhə doğurmur... Bu baxımdan, Kreml sahibi Vladimir Putinin prezident Rəcəb Tayyib Ərdoğana Türkiyənin antiterror əməliyyatlarına Rusiyanın neytral qalacağını vəd edə biləcəyi qətiyyən istisna deyil...

Sonxeber.az musavat.com-a istinadla bildirir ki, Türkiyə dünya məkanında mövqelərini möhkəmləndirməkdə davam edir. Hazırda İstanbul anlaşması dünya mətbuatında əsas müzakirə mövzusudur. Və dünyanın aclıqdan xilas edilməsində böyük önəm daşıyan "taxıl dəhlizi"nin açılmasını nəzərdə tutan bu anlaşma Türkiyənin siyasi-diplomatik qələbəsi hesab olunur.

"The Hill" nəşrində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "taxıl dəhlizi"nin əsas ideoloqu olaraq, təqdim olunur. Onun bu nailiyyətinin bəşəriyyət qarşısında tarixi xidmət olduğu vurğulanır. Və bu tarixi xidmətə görə prezident Rəcəb Tayyib Ərdoğanın ən azından Nobel mükafatına layiq olduğu qeyd edilir.

Təbii ki, "taxıl dəhlizi" həqiqətən də Türkiyənin beynəlxalq rəqiblərində qısqanclıq doğuracaq bəşəri nəticədir. Bu nəticənin dünyada Türkiyənin və onun siyasi liderinin nüfuzunu artırdığı inkaredilməz reallıqdır. Rəsmi Ankara indi beynəlxalq məkanda Türkiyənin siyasi iradəsini daha qətiyyətlə diktə etmək imkanına sahibdir. Və "taxıl dəhlizi"nin artıq fəaliyyətə başlamaq üzrə olması bu imkanları daha da artırır.

Məsələ ondadır ki, Ukraynadan taxıl daşıyacaq ilk gəmilər Türkiyəyə artıq avqustun 3-də yola düşəcək. Taxıl ilə doldurulmuş gəmi karvanını pilotsuz təyyarələr müşayiət edəcək. Buna paralel olaraq, İstanbul Birgə Koordinasiya Mərkəzinin nümayəndələri peyklərdən istifadə edərək, taxıl daşıyan gəmilərin keçidinə nəzarət edəcəklər. Və rəsmi Ankara daha bir mütərəqqi addımla da diqqəti çəkir. Çünki, Türkiyənin təşəbbüsü ilə taxıl daşıyan ilk gəmilər birbaşa aclıqdan əziyyət çəkən Afrikaya - Somali sahillərinə doğru yola düşəcək.

Göründüyü kimi, rəsmi Ankara dünyada siyasi-humanist mövqeyi ilə də ön plana keçməyə başlayıb. Bütün bunlar rəsmi Ankaraya Türkiyənin milli təhlükəsizlik maraqlarını təmin etmək baxımından, əlavə dividentlər qazandırır. Hazırda Türkiyənin bu istiqamətdə kifayət qədər ciddi problemləri mövcuddur.

Türkiyə üçün ən ciddi problem İraq və Suriya ərazisində olan PKK/PYD terror qruplaşmasıdır. Rəsmi Ankara bu problemdən ölkəni qorumaq üçün Türkiyə-Suriya sərhədləri boyunca 30 kilometrlik tampon bölgənin yaradılmasında israrlıdır. Bu məqsədlə Türkiyə Suriyanın sərhəd bölgəsində qısamüddətli antiterror əməliyyatı keçirtməyə hazırlaşır. Və bu barədə niyyətini də rəsmən bəyan edib.

Ancaq Türkiyənin NATO üzrə hərbi müttəfiqi ABŞ və dünyada təklənsə də rəsmi Ankaranın tərəfdaşlıq münasibətlərini qoruduğu Rusiya buna qəti şəkildə qarşı çıxır. Ona görə də, hazırda rəsmi Ankara bu iki dövlətin mövqeyindən ciddi şəkildə narazıdır. Və bu narazılığını da ən yüksək səviyyədə hər iki ölkənin diqqətinə çatdırır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son açıqlamasında ABŞ və Rusiyanı verilən vədləri yerinə yetirməməkdə suçlayıb. Onun sözlərinə görə, ABŞ və Rusiya PKK/PYD terror qruplaşmasının Türkiyə sərhədlərindən uzaqlaşdırılacağını bildirsələr də, bu məsələ hələ də həll olunmayıb. Və ona görə də, rəsmi Ankara bu problemi Türkiyə ordusunun keçirəcəyi antiterror əməliyyatı ilə nizamlamaq niyyətindədir.

Maraqlıdır ki, xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ordusunun sərhəd boyu antiterror əməliyyatına hazırlıq prosesini artıq yekunlaşdırmaq üzrə olduğunu da vurğulayıb. NATO-nun da terrorizmə qarşı mübarizədə Türkiyəyə dəstək verməli olduğunu bildirən xarici işlər naziri antiterror əməliyyatlarına hər an başlaya biləcəklərini deyib: "Türkiyəyə əngəl olmağa çalışırlar, ancaq bir gecə ayılıb, görəcəklər ki, antiterror əməliyyatları başlayıb".

Bütün bunlara baxmayaraq, rəsmi Ankara antiterror əməliyyatları ilə bağlı prosesləri siyasi-diplomatik vasitələrlə nizamlamaq fikrindən hələ tam vaz keçməyib. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələni Kreml sahibi Vladimir Putinlə növbəti dəfə müzakirə etmək niyyətindədir. Və Türkiyə liderinin bir neçə gün sonra reallaşacaq Rusiya səfərində bu məsələnin əsas mövzu olacağı ehtimal edilir.

Bəzi iddialara görə, Türkiyənin Rusiyanı antiterror əməliyyatlarına neytral qalmağa inandıra biləcəyi də qətiyyən istisna deyil. Belə ki, "taxıl dəhlizi" ilə bağlı İstanbul anlaşmasına nail olan prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya əlini ciddi şəkildə gücləndirərək gedir. İndi Türkiyə ilə münasibətlərin qorunması, rəsmi Ankaranın narazı salınmaması Kreml üçün olduqca böyük əhəmiyyət daşıyır.

Məsələ ondadır ki, prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində reallaşan "taxıl dəhlizi" Kremlə əlavə manevr imkanları açıb. Bir tərəfdən Rusiya beynəlxalq rəqibləri ilə səhnəarxası "siyasi bazarlıq" faktoru qazanıb. Digər tərəfdən isə idxal-ixrac embarqoları ilə çətin duruma düşən Kreml Rusiya taxıl məhsullarının dünya bazarlarına çıxarılması şansı əldə edib. Və Kreml sahibi bütün bunlara görə borclu olduğu Türkiyə liderini indiki taleyüklü mərhələdə özündən narazı salmaqda maraqlı deyil.

Hətta bəzi Rusiya mənbələri iddia edirlər ki, Kreml sahibi Türkiyə liderinə bir çox məsələlərdə ciddi güzəştlərə belə, hazırdır. Ancaq bunun əvəzində Rusiya prezidenti Türkiyənin daha effektiv strateji tərəfdaşlığına ümid bəsləyir. Xüsusilə də, Kreml sahibi Türkiyə liderindən Ukrayna savaşının Rusiyanın maraqlarına yaxın şərtlər çərçivəsində yekunlaşdırılmasına prinsipial dəstək gözləyir. Və prezident Vladimir Putinin Türk həmkarının bunu bacara biləcək imkanlara, təsir gücünə sahib olduğuna inandığı da bildirilir.

Təbii ki, Kreml sahibi Türkiyə prezidentini narazı salacağı təqdirdə, rəsmi Ankaranın Rusiya siyasətində müəyyən dəyişikliklərin ola biləcəyini də mütləq nəzərə almaq məcburiyyətindədir. Hər halda, Türkiyə üçün prinsipial xarakter daşıyan məsələyə Rusiyanın müqavimət göstərməsi rəsmi Ankaranın sonrakı davranışlarına təsirsiz ötüşə bilməz. Və bu, Rusiya üçün o qədər də məmnunedici nəticələr doğurmaz.

Bütün bunları nəzərə aldıqda, hazırda Türkiyədən asılı vəziyyətə düşməkdə olan Kremlin rəsmi Ankaranın Rusiyadan üz çevirməməsi üçün əlindən gələn hər şeyi edəcəyini düşünmək olar. Bu baxımdan, Kreml sahibi Vladimir Putinin prezident Rəcəb Tayyib Ərdoğana Türkiyənin antiterror əməliyyatlarına Rusiyanın neytral qalacağını vəd edə biləcəyi qətiyyən istisna deyil. Və bu, o deməkdir ki, prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyadan öz əsas hədəfinə çataraq, dönəcəyini ehtimal etmək mümkündür.

Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyadan döndükdən qısa müddət sonra Türkiyənin Suriyada antiterror əməliyyatlarına başlaya biləcəyini düşünmək olar. Hətta Kreml buna qarşı çıxmış olsa belə, Türkiyə bu addımı atacaq. Ancaq Kreml sahibi ilə anlaşma bir tərəfdən Rusiyanın neytral qalmasını, digər tərəfdən isə Suriyadakı Əsəd rejiminin baş verənləri indiki kimi etirazla deyil, məhz sükutla müşahidə etməsini təmin edəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2370   Tarix: 31 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı - Foto

İstanbulda Lətifə İbadova adlı azərbaycanlı qadın yaşadığı evdə ölü tapılıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən aşkarlanan 57 yaşlı qadının meyiti üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Bununla belə, evdəki masanın üzərində narkotik vasitənin tapıldığ

10 avqust
.

ABŞ Çinin texnologiya sektoruna qarşı yeni cəbhə açır: hədəfdə dronlar, robotlar və süni intellekt infrastrukturu

ABŞ administrasiyası Çin texnologiyalarının Amerika bazarına çıxışını məhdudlaşdırmaq üçün yeni addımlar atır. Vaşinqton xüsusilə dronlar, marşrutlaşdırıcılar, invertorlar, robotlar və məlumat mərkəzlərində istifadə olunan avadanlıqlar üzrə Çin şirkətlərindən asılılığı azaltmağa çalışır. Reuters-ə istinadə

10 avqust
.

7.4 maqnitudalı zəlzələ Kolumbiyanı silkələdi - VİDEO

Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib. -ın məlumatına görə, müvafiq açıqlamanı Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi yayıb. Məlumata əsasən, zəlzələnin episentri təxminən 134 min nəfər əhalisi olan Kartaqo şəhərindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 11

10 avqust
.

Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb

Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, ölkə terror təhlükəsinin aradan qaldırılması istiqamətində həlledici mərhələyə qədəm qoyub. "Report" xəbər verir ki, nazir bu barədə İğdır vilayətinə səfəri çərçivəsində çıxışı zamanı danışıb. O qeyd edib ki, 40 ildən artıqdır ölkənin inkişafı

9 avqust
.

ABŞ hərbçiləri Yəməndə 153 mülki şəxsi qətlə yetiriblər

2025-ci ildə ABŞ qüvvələri Yəməndə yaraqlılara qarşı üç hücumda 153 mülki şəxs öldürülüb, 243 nəfər isə yaralanıb. xəbər verir ki, bu barədə Pentaqonun hesabatına əsasən məlumat verilib. Qeyd olunur ki, aprelin 6-da Yəmən paytaxtı yaxınlığında 5 mülki şəxs, aprelin 17-də Ras İsa limanı yaxınlığında 8

12 avqust
.

ABŞ Rusiya ilə əlaqəli iki tankeri metal qırıntısı kimi satıb

Amerika Birləşmiş Ştatları Rusiya ilə əlaqəsi olan iki tankeri təkrar emal müəssisəsinə metal qırıntısı kimi satıb. Həmin gəmilər sökülmək məqsədilə Hindistanın Alanq şəhərinə istiqamətləndiriləcək. xəbər verir ki, bu barədə "Lloyd's List" nəşri yazıb. "ABŞ hökuməti müsadirə edilmi

11 avqust
.

ABŞ müharibədən 20 gün sonra danışıqlar üçün yalvardı - Əraqçi

İran İslam Respublikası ABŞ-la müharibədə qalib gəlib. xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. "Bu, xalqın fədakarlığının və müqavimətinin nəticəsi idi, hətta müharibənin ilk günündə İranın qeyd-şərtsiz təslim olmasını tələb edən düşmən təxminən 20 gün sonra danışıqla

12 avqust
.

Şimali Koreya Yapon dənizinə raket atdı

Şimali Koreya şərq istiqamətində Yapon dənizinə naməlum raket atıb. xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat verib. Əvvəlki buraxılış Şimali Koreya ordusu Yapon dənizinə qısa mənzilli raket atdığı zaman baş vermişdi. Raket sınağı Cənubi Koreya və ABŞ-ın gələn həftə illik mühüm birgə hərbi təlimlərin

12 avqust
.

Prezident ordunu ayağa qaldırdı - Fövqəladə vəziyyət elan olundu

Kolumbiyada baş verən dəhşətli zəlzələdən sonra ölkə miqyasında milli fəlakət vəziyyəti elan edilib. "Qafqazinfo" "Caracol" televiziya kanalına istinadən xəbər verir ki, bu barədə qərar dövlət rəhbərliyi tərəfindən qəbul olunub. Prezident Abelardo de la Espriella keçirilən təcil

11 avqust