Azərbaycanlı iş adamını qətlə yetirən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO

Azərbaycanlı iş adamını qətlə yetirən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTOUkraynada gənc azərbaycanlı iş adamı Qəniyev Sənan Saday oğlunu qətlə yetirən şəxsin adı məlum olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad məlumat yayıb.

Onun sözlərinə görə, hadisə məişət xarakterli münaqişə zəminində baş verib, yəni, öncədən planlaşdırılmış şəkildə olmayıb:

"Bu xəbər bizi çox sarsıltdı. Sənan Qəniyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov vilayəti üzrə aktiv nümayəndələrindən biri olub. Eyni zamanda, orada iş adamı kimi də fəaliyyət göstərib. Onunla bağlı cəmiyyətdə çox pozitiv mövqe var. Hadisə məişət xarakterli münaqişə zəminində baş verib. Yəni, öncədən planlı şəkildə olmayıb. Cinayət əməlini törətməkdə təqsirli bilinən şəxs kürd əsilli Türkiyə vətəndaşı Barut Məsutdur.

Hadisə təqsirləndirilən şəxsə aid olan iaşə obyektində baş verib. Həmin məkanda onunla mərhum arasında mübahisə yaranıb. Mübahisə zəminində təqsirləndirilən şəxs əlinə keçən şişlə Sənan Qəniyevə xəsarət yetirib. Şiş mərhumum ayağında şah damarına dəydiyi üçün o, qanaxmadan dünyasını dəyişib. Təqsirləndirilən şəxs barəsində cinayət işi açılıb və o, həbs olunaraq müvəqqəti təcridxanaya aparılıb. O, hazırda polis nəzarətindədir.

Mərhumun yaxınları ilə əlaqə saxlamışıq. Cənazənin Azərbaycana gətirilməsi üçün müvafiq işlər aparılır".

11:28
Ukraynada gənc azərbaycanlı iş adamı öldürülüb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 33 yaşlı Seymur Qəniyev bıçaqlanaraq qətlə yetirilib.

Onun hansı şəraitdə, hansı səbəbdən və kim tərəfindən öldürülməsi hələlik məlum deyil.

Qeyd edək ki, Seymur Qəniyev əslən Kürdəmir rayonundandır. O, Kürdəmirdə məşhur olan "Bığ" restoranının sahibi, mərhum Səyyad Qəniyevin qardaşı oğludur.
Azərbaycanlı iş adamını qətlə yetirən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTOAzərbaycanlı iş adamını qətlə yetirən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTOAzərbaycanlı iş adamını qətlə yetirən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTOAzərbaycanlı iş adamını qətlə yetirən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6236   Tarix: 01 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr