Tramp keçmiş yoldaşının dəfnində vergidən yayınır
ABŞ-ın keçmiş prezidenti Donald Tramp keçmiş həyat yoldaşı İvana Trampın cəsədini Nyu Cersidəki özünə aid qolf klubunda basdırıb. Trampın vergi güzəştindən yararlanmaq üçün bu dəfn yerini seçdiyi iddia edilir. Qəbiristanlıqlar dövlət qanunlarına əsasən vergidən azaddır.
Sonxeber.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın birinci həyat yoldaşı və 3 uşaq anası İvana Tramp iyulun 14-də evində nərdivandan yıxılaraq 73 yaşında vəfat edib.
Donald Tramp və uşaqları, həmçinin həyat yoldaşı Melaniya Tramp iyulun 20-də İvana Trampın dəfn mərasimində iştirak ediblər.
Donald Tramp mərasimdən sonra cəsədi Nyu Cersidəki özünə aid qolf klubunda dəfn edib. İddia olunur ki, Tramp vergi güzəştindən istifadə etmək üçün İvana Trampı qolf klubunda dəfn edib.
Nyu Cersi qanunlarına görə, qəbiristanlıqlar gəlir, daşınmaz əmlak və satış vergisindən azaddır.
Qeyd edək ki, qanunda qəbirlərin sayı qeyd olunmur. Yəni mülkün üzərində bircə qəbir olsa belə qəbiristanlıq sayılması kifayətdir. Tramp daha əvvəl yerli hökumətlə razılaşmaya əsasən qolf klubunu "ferma ərazisi" kimi qeydiyyatdan keçirərək vergi güzəştlərindən istifadə etmişdi.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1114 Tarix: 01 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Netanyahu Türkiyə ilə müharibəyə başlayır -KİV
İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün hərbi qarşıdurma məsələsinə münasibət bildirərək, Ankara ilə birbaşa münaqişənin qarşısını almağa çalışdığını açıqlayıb. "C14 News"-a istinadən xəbər verir ki, Netanyahu İsrailin Türkiyənin Suriyadakı hərbi mövcudluğunun genişlənməsin
19 oktyabrLiviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Liviyanın Təhlükəsizlik Təhdidləri ilə Mübarizə Agentliyinin azı 9 əməkdaşı paytaxt Tripolidən qərbdə yerləşən Zaviyyə şəhərində təlimlər zamanı minaatandan atılan atəş nəticəsində ölüb, bir neçə nəfər yaralanıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə baza
19 oktyabrMarko Rubio Özbəkistana səfərə gedib
ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. "Report" bu barədə " "a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslə
19 oktyabrUkrayna BVF-yə ikinci ən böyük borclu ölkəyə çevrilib
Ukrayna Beynəlxalq Valyuta Fondunun (BVF) dünyanın ən böyük borcluları siyahısında ikinci yerdədir. xəbər verir ki, BVF-nin məlumatına görə, 2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkənin Fonda 14,5 milyard dollar borcu var idi. Ukraynanın ümumi borc məbləği 10,69 milyard Xüsusi Borclanm
20 oktyabrQətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb
Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa və gəmilərin təhlükəsiz hərəkətini təmin etməyə çağırıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin (XİN) Media və kommunikasiyalar departamentinin direktoru İbrahim bin Sultan İbrahi
20 oktyabrTramp İrana qarşı əməliyyatları davam etdirməyə hazır olduğunu bildirdi
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin başa çatdırılması istiqamətində sərt mövqeyini davam etdirir. Oktyabrın 18-də Tramp İrana qarşı əməliyyatlarla bağlı "işi sona çatdırmaq" mesajı verib. Reuters-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi isə bu bəyanat
19 oktyabrYəməndə raket hücumu: azı 20 hərbiçi öldürülüb
Yəmənin cənubundakı Şəbva vilayətində hökumət qüvvələrinə məxsus hərbi düşərgəyə ballistik raketlərlə hücum edilib. Nəticədə azı 20 hərbiçi həlak olub, 20-dən çox hərbiçi yaralanıb. Associated Press-ə istinadən xəbər verir ki, hücum oktyabrın 19-da Əl-Ələm hərbi düşərgəsinə qarşı həyata keçirilib. Yəmə
19 oktyabr