"Əcnəbi sözlərə ya operativ şəkildə qarşılıq seçilməli, ya da olduğu kimi saxlanılmalıdır"- Dürdanə Rəhimzadə
Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Azərbaycan dilinə hər il yeni alınma sözlər daxil olur. Azərbaycan dilinin inkişafındakı çatışmazlıqlar nədir?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Bioloji, humanitar və ictimai elmlər şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdanə Rəhimzadə bildirib ki, Azərbaycan dilinin həm orfoqrafiya, həm orfoepiya, həm də izahlı lüğətlərində qüsurlar var:
"Bəli, bu gün Azərbaycan dili və əlifbası günüdür. Belə bir gündə çatışmazlıqlardanmı danışmaq, dilə münasibətimizdəki irəliləyişlərdənmi danışmaq sualı ikincinin üstünlüyünü tələb edir. Amma reallığımız bizə birinciyə üstünlük verdirir.
Bu sahədə çatışmazlıqlarımız çoxdur. İlk növbədə lüğətlərimizin yenilənməsindən danışmaq istərdim. Yenilənən lüğətlərimiz orfoqrafiya lüğəti və orfoepiya lüğətidir. Hər ikisinin qüsurları işıq üzü gördüyü gündən indiyə qədər müzakirə olunur. Orfoqrafiya və orfoepiya qaydalarındakı boşluqlar da bir ayrı mövzudur. Hesab edirəm ki, bu məsələlərə yenidən baxılmalıdır. Bildiyimə görə hazırda Dilçilik İnstitutunda bu iş gedir.
Bununla yanaşı izahlı lüğətimizin yenilənməməsi dilə öz təsirini göstərir. İzahlı lüğətdə dilə yeni gələn sözlər Orfoqrafiya lüğəti ilə paralel şəkildə öz əksini tapmalıdır. Yeni anlayışları bildirən əcnəbi sözlərə ya operativ şəkildə qarşılıq seçilməli, ya da olduğu kimi saxlanılaraq lüğətə daxil edilməlidir. Təəssüf ki, heç biri vaxtında olunmur.
Reklamlarda və iaşə obyektlərinin adında Dil haqqında qanunun pozulmasını görürük. Deməli burada da qanunda bir boşluq var ki, belə pozula bilir.
Ümumiyyətlə bu sahədə həllini gözləyən məsələlərimiz çoxdur. Ümid edirəm ki, irəliləyişlərimiz olacaq. Ən azından biz bunun üçün əlmizdən gələni edirik".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı