Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz və ənənələrimizdir- Bəhruz Məhərrəmov

Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz və ənənələrimizdir- Bəhruz Məhərrəmov"Müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunarkən bütün maneə cəhdlərinə baxmayaraq Ümummilli Lider Heydər Əliyev Ana Dili qanunumuzun 21-ci maddəsində təsbit edilməsinə nail oldu ki, dövlət dilimiz Azərbaycan dilidir. Eyni zamanda Ulu Öndər elə həmin maddədə pozitiv bir öhdəlik qoyulmasına nail oldu ki, Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Məhz bu çərçivədə lider 2001-ci il iyunun 18-də dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" qanunun qəbuluna nail oldu, daha sonra 9 avqust 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis etdi, 2002-ci il 30 sentyabr tarixində isə "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun qəbul olundu. Normativ hüquqi aktın ilk maddəsində imperativ qaydada müəyyən olundu ki, dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur, 3-cü maddədə isə dilimizin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri təsbit olundu".

Bunu Sonxeber.az saytına olan açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Ulu Öndərin Azərbaycan dilinə bu həssas münasibəti təsadüfi deyildi.

"Dahi lider qeyd edirdi ki, "dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir". Həqiqətən də dil hər bir xalqın varlığının əsas təminatçısı və milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ulu Öndər üçün də Azərbaycan xalqının varlığı, vahidliyi, əbədiliyi, dövlətimizin isə müstəqilliyi bütün şərtlərdən öndə gəlirdi. Məhz bu ideyanı rəhbər tutaraq o zaman Mərkəzi Komitənin Birinci Katibi vəzifəsində çalışan Ulu Öndər ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir" maddəsi əlavə edilməsinə nail oldu və fikrini onunla izah etdi ki, "SSRİ Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur". Əlbəttə, bu riskli addım idi, amma böyük siyasətçi praqmatik hüquq təfəkkürü ilə SSRİ rəhbərliyini fakt qarşısında qoymuş oldu. Bu qətiyyəti ilə Heydər Əliyev əslində müstəqilliyə gedən yolumuzu daha da aydınlatmış, milli şüuru oyatmış oldu. Qısa dönəm hakimiyyəti, daha doğrusu anarxiyası dönəmində AXC-Müsavat cütlüyü bütün sahələrdə olduğu kimi milli məfkurəyə, o cümlədən, Azərbaycan dilinin statusuna və nüfuzuna ciddi zərbə vurdu. Təsəvvür edin, Heydər Əliyev Sovetlərin ən güclü periodunda dövlət dili kimi Azərbaycan dilinin təsbit olunmasına nail olur, AXC-Müsavat rəhbərliyi isə Azərbaycan dilinin dövlət dili statusunu ləğv edir, bütövlükdə biz də daxil 35 xalqın danışdığı ümumi dil qrupunun adı ilə adlandırmağa başladı. Sonralar Ulu Öndər bu məsələyə münasibət bildirərərək yersiz mübahisəyə əsaslandırılmış formada son qoydu. Heydər Əliyev qeyd etdi ki, dilimiz tarixi və dilçilik elmi nöqteyi nəzərdən türk dilləri qrupuna daxildir, amma türk dillər qrupu böyükdür, yalnız SSRİ-də 23 türk dilli xalq var, hərəsinin öz müstəqil adı var, hamısı türk dillər qrupuna aiddir.

Müstəqilliyin sonrakı illərində, xüsusən Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin mövqeyinin möhkəmlənməsi və tətbiqi, dilimizin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması istiqamətində ciddi addımlar atılmışdır. Cənab İlham Əliyev prezident seçildikdən cəmi iki ay sonra 2004-cü il yanvarın 12-də imzalanmış "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncam imzalayaraq aidiyyətı strukturlar qarşısına hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısını hazırlamaq vəzifəsi qoydu. Yanvarın 14-də isə "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" Sərəncamlarla ana dilinin bütün sahələrdə müfəssəl tətbiqi istiqamətində həlledici addım atdı. Cənab Prezidentinin 2013-cü il 9 aprel tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı təsdiq etməsinə dair, 17 iyul 2018-ci il tarixdə isə "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamları isə dövlət dilinin saflığı və zənginliyinin qorunması baxımından bütövlükdə dünya dilçilik təcrübəsində mühüm tarixi hadisə hesab olunmalıdır. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı isə Azərbaycan dilinin daim diqqət mərkəzində saxlanıldığını, dilimizin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi məsələsində cənab Prezidentin mövqeyinin qəti və dönməz olduğunu nümayiş etdirmək baxımdan xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı çıxışlarında qəti olaraq qeyd edir ki, " Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1613   Tarix: 01 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr