"İlk növbədə hərbi xidmətdə qardaşı, övladı və atası olan ana-bacılarımızı, körpələrimizi düşünməliyik" - DEPUTAT

"İlk növbədə hərbi xidmətdə qardaşı, övladı və atası olan ana-bacılarımızı, körpələrimizi düşünməliyik" - DEPUTATXəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülərin yeni məlumat kimi paylaşılması ilə bağlı müraciət yayıb. Müraciətdə qeyd edilir ki, şəbəkə istifadəçiləri və əhali belə köhnə görüntüləri yeni video adıyla yaymamalı və ictimaiyyət arasında çaşqınlıq yaratmamalıdır. Habelə müraciətdə vətəndaşlarımıza yalnız öz təsdiqini tapmış və Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (www.mod.gov.az), həmçinin sosial şəbəkə hesablarında paylaşılan məlumatlara istinad etmək tövsiyə olunur.

Bununla bağlı Sonxeber.az- a danışan deputat Cavanşir Paşazadə bildirib ki, hazırda postmüharibə dövründə olsaq da, vətəndaşlarımız, xüsusilə də sosial şəbəkə istifadəçiləri diqqətli və ayıq-sayıq olmalıdırlar:

"Biz 44 günlük Vətən müharibəsindəki həmrəyliyi sosial şəbəkədə yalan məlumatlar yayıb, çaşqınliq yaradanlara qarşı da davam etdirməliyik. Bu gün istər döyüş meydanında, istərsə də diplomatik görüşlərdə əldə etdiyimiz qələbəmizi qəbul etməyən bəzi qüvvələr sosial şəbəkələr vasitəsi ilə ordumuza qarşı şər-böhtan atır, guya Qarabağda hərbi əməliyyatlara başlanması ilə bağlı yalan informasiyalar yayır, Vətən müharibəsi dövründə çəkilən şəkillər və videoları yeni kimi paylaşırlar. Əlbəttə, bu qəti yolverilməzdir. Sosial şəbəkə istifadəçilərinə yalnız öz təsdiqini tapmış və Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (www.mod.gov.az), həmçinin sosial şəbəkə hesablarında paylaşılan məlumatlara istinad etməyi tövsiyə edirəm. Döyüş meydanında və diplomatik sahədəki üstünlüyümüzü informasiya cəbhəsində də qoruyub saxlaya bilmək üçün çalışmalıyıq".

Deputat qeyd edib ki, hərbi təlimlər keçirildikdə və erməni silahlı birləşmələri təxribat törətdikdə Müdafiə Nazirliyi bununla bağlı məlumatı mütəmadı olaraq paylaşır:

"Biz ilk növbədə hərbi xidmətdə qardaşı, övladı və atası olan ana-bacılarımızı, körpələrimizi düşünməliyik. Yayılan hər bir saxta məlumat onların böyük stress yaşamasına, hətta ölümünə də səbəb ola bilər. Bundan əlavə, qanunvericilikdə yalan və saxta məlumat yayanlara qarşı cəza nəzərdə tutulub. Hər bir vətəndaşın mövcud sabitliyi və əminamanlığı qorumaq öhdəliyi var. Çalışdığımız qədər sosial şəbəkələrdə özlərini "hərbi ekspert" kimi aparan "hərşeyşunas"lara qarşı mübarizə aparıb, onların əsl məqsədlərini doğru informasiyalarla ifşa edək. Biz bununla həm ölkədəki sabitliyi qoruya bilər, həm də hərbçilərimizin təhlükəsizliyini təmin etmiş olarıq. Bu gün bizim nə vaxt, nəyi, necə etməli olduğunu bilən güclü dövlət başçımız, Ali Baş Komandanımız var".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3257   Tarix: 01 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr