Baş direktor aparılan işlərlə yerində tanış oldu
İyun ayının 22-də çoxsaylı müraciətləri nəzərə alaraq "Azəriqaz" İB Gədəbəy rayonunun Qoşabulaq kəndində "Açıq mikrofon" aksiyası keçirib.
Sonxeber.az xəbər verir ki, həmin aksiyada vətəndaşlar Birliyin baş direktoru Ruslan Əliyevə müraciət edərək yaşadıqları kəndə təbii qaz verilməsini xahiş ediblər.
Sakinlərin müraciətlərinə cavab olaraq Birlik rəhbəri adı çəkilən kəndin qazlaşdırılması üçün aidiyyatı üzrə şöbələrə göstəriş verib və tez bir zamanda qazlaşdırma işlərinə başlanılıb. Bu gün isə Gədəbəy rayonunda vətəndaş qəbulu keçirən Ruslan Əliyev görüşdən sonra aparılan qazlaşma işləri ilə tanış olmaq üçün Qoşabulaq kəndinə gedib. Kənd sakinləri və qazlaşma işlərini aparan əməkdaşlarla görüşən Birlik rəhbəri işlərin daha da sürətləndirilməsinə və havalar soyuyana qədər başa çatdırılmasına göstəriş verib. Kənd sakinləri onlarla səmimi söhbətinə və kəndin qazlaşdırılmasını nəzarətdə saxladığına görə baş direktora öz təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Qoşabulaq kəndində 370 sakin yaşayır. Kəndin qazlaşdırılması üçün 46000 metr daşıyıcı və paylayıcı qaz kəmərinin çəkilişi nəzərdə tutulur.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1585 Tarix: 01 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabr