Deputatlar nə qədər maaş alacaq? - Millət vəkili hesabladı
Milli Məclisin deputatı Tahir Mirkişili millət vəkillərinin maaşlarının artması məsələsinə aydınlıq gətirib.
BAKU.WS xəbər verir ki, o, bu barədə özünü feysbuk hesabında paylaşım edib.
Parlamentin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin sözlərinə görə, deputatların maaşının 61 faiz artması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. O, bu artımın 33 faiz təşkil etdiyini vurğulayıb:
"Yazılarda deputatların aylıq maaşının artaraq 4052 manatdan 6537 manata çatdığı iddia olunur. Deputatın artıma qədər ümumi (vergi və digər yığımlar ödənmədən) aylıq vəzifə maaşı 1733 manat idi, artımdan sonra isə 2491 manat olub. Deputatın əvvəl aldığı vəzifə maaşının 1 misli qədər əlavə, 50%-i qədər vergidən azad pul təminatı, illik 2 misli qədər müavinət və illik 2 misli qədər məzuniyyət pulları ləğv olundu.
Əvəzində deputata aylıq vəzifə maaşının 2 misli qədər maaşa əlavə ödənəcək. Deputatın gəlirlərində vergi azadolmaları da ləğv olundu və beləliklə deputatın bütün gəliri gəlir vergisinə cəlb olunacaq (ayda orta hesabla 1593 manat vergi). Bundan əlavə sosial sığorta, icbari tibbi sığorta, həmkarlar təşkilatlarına yığımlar da bütün gəlirdən hesablanacaq (ayda orta hesabla 523 manat).
Beləliklə, qanuna edilən müvafiq dəyişiklikdən sonra deputatın aylıq xalis maaşı (bütün vergilər və yığımlar çıxıldıqdan sonra) 1968 manat (əvvəl 1369 manat idi), aylıq əlavələr üzərinə gəldikdə isə xalis gəliri 5357 manat (əvvəl 4017 manat idi) olacaqdır. Bu isə əvvəlki rəqəmdən 33% çox deməkdir. Yəni, ümumi artım 33% təşkil edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı