Qəzada ölən şəxs federasiyanın sabiq baş katibi olub - VİDEO
Avqustun 1-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən ərazisindən keçən 115-ci km-də avtomobil qəzasında dünyasını dəyişmiş Anna Qladçenkonun kimliyi müəyyənləşib.
"Report"un məlumatına görə, A.Qladçenko əvvəllər Azərbaycan Velosiped Federasiyasının baş katibi və Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin (ROEİUGVİM) direktoru olub. O, son olaraq Azərbaycan Velosiped Federasiyasının Hakimlər Kollegiyasının sədri işləyib. Mərhum idman xadiminin bu gün 70 yaşı tamam olacaqdı.
Qəza baş verərkən sükan arxasında olan onun əri Vitali Qladçenko da idman aləminə tanış simadır. O əvvəllər velosiped idmanı üzrə milli komandanın baş məşqçisi işləyib. Hazırda ROEİUGVİM-in məşqçi-müəllimidir.
Qeyd edək ki, Vitali Qladçenko "Hyundai Santa Fe" markalı avtomobil Quba rayonu istiqamətində hərəkətdə olarkən, idarəetməni itirib. Nəticədə maşın yolun sağına çıxaraq aşıb və avtomobildə olan sərnişinlərdən Anna Qladçenko hadisə yerində ölüb, 1955-ci il təvəllüdlü Nüşabə Sultanova, 1974-cü il təvəllüdlü Səbinə Qasımova və 2004-cü il təvəllüdlü Ayan Qasımova xəsarət alaraq Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. N.Sultanova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı hazırda DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq şöbəsində cinayət işi başlanılaraq istintaq aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı