Həbsdə olan generalın ailəsi ölkəni tərk edib? - İDDİA
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyevin ailəsinin ölkəni tərk etməsi barədə xəbər yayılıb.
Bu barədə Qaynarinfo-ya məlumat verən mənbə bildirib ki, generalın ailəsi hazırda Türkiyədədir. İddialara görə, onlar Türkiyədən Avropa ölkələrindən birinə keçmək niyyətindədirlər.
Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov isə bildirib ki, iddialar əsassızdır:
"Mövlam müəllimin ailəsi heç yerə getməyib. Hazırda Azərbaycandadırlar. Novxanıda yaşayırlar, yoxlaya da bilərsiniz".
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Həsənlinin sədrliyi ilə Mövlam Şıxəliyev, MTN-in İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi, Yasin Məmmədov, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov mühakimə olunur. Artıq məhkəmə yekunlaşmaq üzrədir. Son prosesdə prokuror Mövlam Şıxəliyevin 14, Yasin Məmmədovun 12, Vüsal Ələkbərovun 11, Sahib Ələkbərovun isə 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1417 Tarix: 02 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabr