Hansı cinsə mənsub olması sirr olaraq qaldı - Bir ulduz axdı

Hansı cinsə mənsub olması sirr olaraq qaldı - Bir ulduz axdıO, Türkiyənin ən güclü səslərindən biri idi, bəlkə elə buna görə ona "Türkiyənin sənət günəşi" ləqəbi verilmişdi. Söhbət zamanını qabaqlayaraq, şəxsiyyəti ilə inqilab eləməyi bacarmış Zeki Mürendən gedir. Çünki Zeki Mürenin cinsi oriyentasiyası hər zaman müzakirələrə səbəb oldu. Buna o geydiyi qeyri-adi səhnə geyimləri ilə də rəvac vermiş olurdu. Hərçənd, heç bir zaman şəxsi həyatı, oriyentasiyası barədə danışmaz və bu barədə yazılıb, pozulmasını da istəməzdi. Güclü nüfuz sahibi idi. 50-ci, 60-cı illərin Türkiyəsində bir starın cinsi azlıq nümayəndəsi kimi səhnəyə çıxıb şöhrətlənməsi, üstəlik sevilməsi imkansız bir iş idi, amma o bunu bacardı. Səsinin, sənətkarlığının qüdrətiylə.

Lent.az qüdrətli sənətkar Zəki Mürendən bəhs edəcək bu dəfə.
Zeki Müren 1931-ci il dekabrın 6-da Türkiyənin Bursa şəhərinin Hisar bölgəsində tacir ailəsində dünyaya gəlmişdi. Atası Kaya Müren taxta-şalban taciri, anası evdar qadın idi. 1950-ci ildə Zeki Müren hələ tələbə ikən TRT İstanbul radiosunun təşkil etdiyi müsabiqədə 186 nəfər namizəd içərisindən qalib seçilir. 20 yaşında ilk radio konsertini verir. Radio dönəmiydi o dönəm və bütün Türkiyə üzünü görmədən səsini sevmişdi onu. Radiokonsertlər verən Zekinin şöhrəti gündən-günə artdı. Düz 15 il kimsə bu möhtəşəm səs sahibinin üzünü görmədən sevdi, pərəstiş etdi.

Zeki Müren bütün yaradıcılığı boyu 600 disk və kaseti işıq üzü görüb. 1955-ci ildə - 24 yaşında Zeki Müren "Manolyam" adlı mahnısına görə "Qızıl val" (Altın Plak) mükafatını qazanıb. O, Türkiyə tarixinə ən çox konsert verən sənətçi kimi də düşüb və indiyə kimi rekordunu kimsə təzələməyib. Onun bir ildə yüz konsert verməsi faktdır. Zeki Müren özü də mahnı bəstələyir, aktyor və rəssam kimi fəaliyyət göstərirdi.

Bu gün onun bəstələdiyi 200-dən artıq mahnnı türk sənət musiqisinin gənc davamçıları sevərək ifa eüdirlər. Sənətkar 18 filmə çəkilmişdi, hamısı da kişi obrazında idi. Bunu ona görə vurğulayıram ki, Zeki Mürenin davamçısı və cinsi oriyenasiyasına görə uzun müddət səhnələrdən uzaqlaşdırılmış Bülent Ersoy filmlərə öncə kişi, sonra qadın olaraq çəkilmişdi.

Zeki isə… Onun şəxsi həyatı barədə müxtəlif şaiyələr dolaşırdı, gah Mustafa adlı bir kişi ilə, gah da bir kişi deputatla sevgili olduğu deyilirdi. Özü isə yalnız bircə dəfə "bütün məşhurlar əslində biseksual olur" deməklə şəxsi barədə gəzən söz-söhbətləri təsdiqləmiş oldu.

1980-ci illərdən etibarən Zeki Mürenin səhhətində problemlər yarandı.Ürək problemləri, şəkər xəstəliyi onu həyatdan küsdürmüşdü. Sənətçi uzun müddət mediadan qaçdı və Bodrumdakı evində inzivaya çəkildi. Düz 6 illik fasilədən sonra ekranlara çıxışı onun son çıxışı oldu.

1996-cı il sentyabrın 24-də "TRT İzmir" kanalı ondan yaradıcılıq gecəsinin keçirilməsinə razılıq aldı. Həmin gecədə ona ilk dəfə səhnəyə çıxarkən oxuduğu mikrofon təqdim edilərkən sənətkar çox həyəcanlanır və özünü pis hiss edir. "TTR İzmir" telekanalının qrim otağı Zeki Mürenin həyata vida etdiyi məkan oldu. O, sonun gəldiyini hiss etsə də, getmək istəmirdi, Allaha yalvarırırdı: "Burda olmasın, nə olar". Və axşam saat doqquza bir dəqiqə qalmış Türkiyənin sənət günəşi əbədi olaraq batdı.

Zeki Müren heç vaxt ailə qurmadı. Sənətkar öncədən tərtib etdiyi vəsiyyətində bütün varidatını Türk Eğitim Vakfi (TEV) və Mehmetçik Vaqfına vəsiyyət etmişdi. 2021-ci ilə qədər 5000-ə yaxın tələbə TEV-dən onun ayırdığı büdcə əsasında təhsil təqaüdü alıb. Bax beləcə dünyadan bir ulduz daha axdı keçdi. Özündən sonra kainatda heç bir zaman sönməyəcək bir işıq seli- sevgi yolu buraxaraq getdi Zeki Müren.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3080   Tarix: 04 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ekvadorda canlı yayım zamanı üzərinə xaç aşan keşiş öldü - Anbaan görüntü

Ekvadorun Quayakil şəhərindəki kilsələrin birində keşiş ibadət zamanı üzərinə xaçın düşməsi nəticəsində dünyasını dəyişib. bu barədə "Periodico" qəzetinə istinadən xəbər verir. Məlumata əsasən, ata Patrisio Alfredo Sançes Molinari oktyabrın 17-də gündəlik ibadət mərasimini həyata keçirirmiş

18 oktyabr
.

Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır

Əgər Amerika hərbçiləri Hörmüz boğazı bölgəsinə göndərilməsəydi, ABŞ-də benzin qiymətləri dəfələrlə yüksək olardı. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "CBS" telekanalına müsahibəsində bildirib. "Benzin qiymətləri çox yüksəkdir. Əgər ABŞ Hərb

18 oktyabr
.

Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb

Liviyanın Təhlükəsizlik Təhdidləri ilə Mübarizə Agentliyinin azı 9 əməkdaşı paytaxt Tripolidən qərbdə yerləşən Zaviyyə şəhərində təlimlər zamanı minaatandan atılan atəş nəticəsində ölüb, bir neçə nəfər yaralanıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə baza

19 oktyabr
.

Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib

İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi

18 oktyabr
.

Associated Press: "CNN-in aparıcı jurnalisti Kristian Amanpur 43 ildən sonra telekanaldan ayrılır"

CNN-in uzun illərdir fəaliyyət göstərən aparıcısı Kristian Amanpur 43 illik karyerasından sonra telekanaldan ayrılacaq. Karyerasına adi köməkçi vəzifəsindən başlayan Amanpur onilliklər ərzində dünyanın münaqişə bölgələrindən reportajlar hazırlayaraq televiziyanın ən tanınmış müxbir və aparıcılarında

20 oktyabr
.

Rusiyanın Kiyevə hücumu nəticəsində qadın həlak oldu

Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə gecə saatlarında endirdiyi zərbə nəticəsində bir qadın həlak olub, üç nəfər yaralanıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində paytaxtın sol sahilində yerləşən metro stansiyasına

19 oktyabr
.

Netanyahu Türkiyə ilə müharibəyə başlayır -KİV

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün hərbi qarşıdurma məsələsinə münasibət bildirərək, Ankara ilə birbaşa münaqişənin qarşısını almağa çalışdığını açıqlayıb. "C14 News"-a istinadən xəbər verir ki, Netanyahu İsrailin Türkiyənin Suriyadakı hərbi mövcudluğunun genişlənməsin

19 oktyabr
.

Bu ölkədə bir milyondan çox qadının adı eynidir

Bütün valideynlərin bildiyi kimi, uşağa ad seçmək çətin bir qərardır. Bəziləri müasir trendlərə diqqət yetirir, digərləri isə klassikləri seçirlər. Qadın adı olan Anna, şübhəsiz ki, ikinci qrupa aiddir. -ın xarici mediaya istinadən xəbərinə görə, bu, on illərdir Polşada ən populyar qadın adı olaraq qalır

18 oktyabr
.

Fransa iğtişaşlarda dağıdılmış mağazaların sayını hesablayır

Fransa Ticarət və Sənaye Palatasının prezidenti Alen Di Kresenzo RTL radiosuna bildirib ki, həftəsonu Fransada baş verən iğtişaşlar zamanı 200-dən çox mağaza talan edilib və ya vandalizm hücumuna məruz qalıb. xəbər verir ki, TV5 Monde-nin Fransanın Baş naziri Sebastyan Le Kornelə istinadən verdiyi məlumat

19 oktyabr