Təhsil Nazirliyindən müəllimlərin ittihamlarına CAVAB: Əlavə vaxt verildi
Müəllimlərin işə qəbulunun elektron qaydada həyata keçirildiyi miq.edu.az saytı çöküb. Gecə ilə saytda vakansiyalara giriş bloklanıb, namizədlər yerləşdirmə edə bilməyiblər.
Bu barədə məlumatlar sosial şəbəkələrdə paylaşılıb. Belə ki, bu gün saat 11:00-a qədər vakansiya seçiminin başa çatacağını nəzərə alsaq müəllimlər seçim edə bilmədiklərindən narazılıq edirlər. Gecə saatlarından vakansiya bölmələri bağlanıb.
Bəzi müəllimlər seçimlərin saxtalaşdırıldığını iddia edirlər.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq.
Ötən gün miq.edu.az saytında nə baş verib, problem nədən qaynaqlanıb? Müəllimlər tərəfindən sosial şəbəkələrdə paylaşılan iddialar nə qədər doğrudur? Dünən saytda yaranan problem səbəbindən itirilən zaman, namizədlərə yenidən vakansiya seçimi üçün qaytarılacaqmı? Şərait yaradılacaqmı?
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin işə qəbulu ilə bağlı elektron vakansiya seçimi prosesində qeydə alınan problem gündəlik olaraq gecə saatlarında serverlərdə ehtiyat nüsxələrin alınması ilə bağlı olub:
"Belə ki, avqustun 4-dən başlanılan vakansiya seçiminin 8 avqust saat 11:00-da yekunlaşması ilə əlaqədar namizədlərin həmin gün saat 00:00-dan sonra miq.edu.az saytında daha aktiv olması və serverlərdə müvafiq işlərin aparılması sistemdə yüklənməyə səbəb olub. Yüklənmə nəticəsində yaranan problem saat 02:41-də aradan qaldırılıb. Vətəndaşların müraciətlərində heç bir dəyişiklik faktı qeydə alınmayıb.
Bununla yanaşı, vakansiya seçimi prosesi üçün namizədlərə əlavə 3 saat vaxt verilib. Seçim prosesi bu gün saat 14:00-da başa çatacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı