Saatlıda vəziyyət kritik həddə çatdı: Əkilən məhsul sahələrdə məhv olub - VİDEO
Saatlıda 10 minə yaxın sakinin yaşadığı Qaranuru kəndində vəziyyət artıq kritik həddə çatıb.
Su kanalları quruduğundan əkin sahələri də susuz qalıb. Yaranan problem isə kəndliləri ciddi narahat edir.
Sakinlər bildiriblər ki, nəinki sahələrdə olan kanallarda, hətta kəndlərə gələn əsas suvarma kanallarında da su qıtlığı yaranıb. Sakinlər suvarma üçün şor su kollektorundan istifadə etməyə məcbur qalıblar.
Kəndlilərin sözlərinə görə, bir neçə ay olar ki, kəndə gələn əsas suvarma kanalı tamamilə quruyub. Nəticədə əkilən məhsul sahələrdə susuzluqdan məhv olub.
Sakinlər həm də içməli su çatışmazlığından əziyyət çəkirlər.
Daha ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1270 Tarix: 08 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrSosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrBakıda bu məktəblər distant təhsilə keçdi
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək
22 sentyabr