Azərbaycanda kiber dələduzluğun yeni növü - Ölmüş şəxslərin nömrəsindən yeni hesablar açılır
Yeni bir kiber dələduzluq növü çox sürətlə Azərbaycanda yayılır. Vəfat edən insanların, yaşlı adamların, köhnə nömrələrin, "WhatsApp"ı və "Telegram"ı olmayan abunəçilərin nömrələrində hesablar açılır və həmin hesablarda şəxslərin profil fotolarından, məlumatlarından istifadə edilərək, dost və qohumlarından borc, yardım istənilir.
Bu barədə Trend-ə texnobloqer Fərid Pərdəşünas məlumat verib.
Onun sözlərinə görə, kiber dələduzluğun bu növünün qurbanları da çoxdur.
"İki gün əvvəl bir dostumuzun həyatını itirmiş babası "WhatsApp" hesabı açıb və insanlara yazmağa başlayıb. İşin qorxulu tərəfi odur ki, təsdiqləmə kodu olmadan dələduzlar bunu edə bilir. Çox diqqətli olmaq lazımdır və təcili "WhatsApp"da 2 mərhələli girişi aktivləşdirməlisiniz".
Texnobloqer onu da qeyd edib ki, hazırda qurbanlar hesablarını bərpa edə bilmirlər.
"Çünki dələduz o qədər insana spam, borc istək mesajı atır ki, "WhatsApp" həmin nömrələri bloklayır və nömrəyə qadağa qoyur", - deyə ekspert qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2949 Tarix: 08 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrSabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabr