Sakinlər 15 gündür susuz qaldıqlarını, qurum isə problemin olmadığını deyir
Abşeronda sakinlər su problemindən əziyyət çəkirlər.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Belə ki, Masazır qəsəbəsi Məmməd Araz küçəsində yaşayan sakinlər iddia edirlər ki, təxminən 15 günə yaxındır su normal qaydada verilmir.
Məsələ ilə bağlı "Azərsu" ASC-yə sorğu ünvanladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Masazır qəsəbəsi Məmməd Araz küçəsi və ona yaxın ərazilərə normal qaydada su verilir.
Məlumatda o da qeyd edilib ki, Abşeron Sukanal İdarəsinin əməkdaşları əraziyə bir daha baxış keçiriblər və problem olmadığı aşkarlanıb. Bildirilib ki, bu müddətdə "Azərsu" ASC-nin "955 Zəng Mərkəzi"nə həmin ərazidən suyun verilməməsi ilə bağlı müraciətlər araşdırılıb, kütləvi şikayət qeydə alınmayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 936 Tarix: 08 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrSosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrBakıda bu məktəblər distant təhsilə keçdi
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək
22 sentyabr