Sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edilib

Sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edilibSon günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması ilə əlaqədar adekvat cavab tədbirlər görülür. Ümumilikdə Azərbaycan mediası baş verən hadisələrə təmkinlə yanaşır, məsələnin əhəmiyyətini və həssaslıq dərəcəsini nəzərə alır, fəaliyyətini müvafiq qanunvericiliyin tələbləri əsasında qurur. Bununla yanaşı, bəzi hallarda sosial şəbəkə istifadəçiləri tərəfindən qanun və ədalət prinsipinə söykənən bu cür tədbirlərə kölgə salmaq, Azərbaycan əsgərlərinin həyatı təhdidlə üzləşdiyi halda həmin təhdidlərə cavab olaraq hərbi əməliyyatların keçirilməsinə qarşı çıxmaq, yalan məlumat yaymaq, saxta və ya köhnə görüntülər paylaşmaq, heç bir əsas olmadan onları aktuallaşdırmaq cəhdləri müşahidə olunur. Təəssüflə qeyd edilməlidir ki, xoş niyyət daşımayan həmin cəhdlər informasiya azadlığı, kontekstdən çıxarılmış tarixi sitatlar və saxta pasifist baxışlarla pərdələnir.
Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olan məlumata əsasən yuxarıda qeyd olunan hallara yol vermiş Bakı şəhər sakinləri Rüstəm İsmayılbəyli, Fərid Hüseynov, Goranboy rayon sakini Elmar Məmmədov və Mingəçevir şəhər sakini Gülay Eyvazova prokurorluğa dəvət olunmuş, Qanunun tələbləri onların diqqətinə çatdırılmışdır.
İctimai təhlükəsizliyin kütləvi şəkildə pozulması və ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatların yayılması "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən yolverilməzdir.
"Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ölkənin müdafiə qabiliyyətinin zəiflədilməsinə yönəlmiş addımlar dövlətimiz üçün təhdid hesab olunur və buna xidmət edən istənilən hərəkətlərin vaxtında qarşısı alınmalıdır.
Qeyd olunanları nəzərə alaraq, adı çəkilən şəxslərlə aparılmış söhbət zamanı onlara əməllərinin ictimai təhlükəli nəticələri izah edilmiş və "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilmişdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1566   Tarix: 08 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr