ATƏT-in baş katibi: "Türkiyə Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə töhfə verir"
"Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə töhfə verir".
Bu sözləri Ankarada "2023 - Müdrik və mərhəmətli türk diplomatiyası" mövzusunda XIII səfirlər konfransında çıxış edən ATƏT-in baş katibi Helqa Şmid deyib.
H.Şmid bildirib ki, Türkiyənin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə töhfələri və maraqlı tərəflərlə işləməsi ATƏT üçün çox önəmlidir.
"Türkiyənin Birləşmiş Millətlər Təşkilatı ilə taxıl sazişi ilə bağlı apardığı diplomatiya təqdirəlayiqdir. Çünki ərzaq mallarının və gübrələrin Ukraynadan çıxarılıb dünyaya daşınması çox vacibdir", - o deyib.
H.Şmidin sözlərinə görə, bu saziş Ukrayna iqtisadiyyatı üçün çox vacibdir, çünki hazırda dünyada insanlar aclıqdan ölmək təhlükəsi ilə üzləşiblər.
ATƏT-in baş katibi bəyan edib ki, dialoq və vasitəçilik diplomatiyanın ən mühüm elementləridir və ATƏT-in bu sahədə Türkiyənin dəstəyinə ehtiyacı var.
"Türkiyə diplomatiyası dünyanın ən peşəkar diplomatik missiyalarından biridir. Türkiyə Avropa ilə Asiya arasında körpü rolunu oynayır", - baş katib vurğulayıb.
Qeyd edək ki, Ankarada keçirilən XIII Səfirlər konfransında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı