Ermənilərin Azərbaycana sərsəm nüvə təhdidi: Bu cürətin arxasında nə dayanır? - FOTO

Ermənilərin Azərbaycana sərsəm nüvə təhdidi: Bu cürətin arxasında nə dayanır? - FOTOAzərbaycanın "Qisas" əməliyyatı fonunda Ermənistan tərəfindən "Metsamor" AES-lə bağlı yenidən təhdidlər səsləndirilir. Bədnam qonşunun bu stansiya ilə əlaqədar vaxtaşırı verdiyi bəyanatlar region ölkələrində də narahatlıqla qarşılanır. Bəs "Metsamor"da nüvə silahı hazırlana bilərmi?

Mövzu barədə Oxu.Az-a açıqlama verən Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev bildirib ki, "Metsamor" AES-də köhnəlmiş iki nüvə reaktoru var, hansı ki, 1970-ci illərdə tikilib, 1980-ci illərdə istifadəyə verilib:

"Burada nüvə silahının hazırlanması üçün gərəkli potensialın olduğuna inanmıram. Çünki "Metsamor" sadə, köhnə və klassik stildə tikilmiş təhlükəli reaktorlardandır. Onlardan birinin istismar vaxtı bitib, digərinin divarında isə vaxtilə yarıq əmələ gəlib. İndi isə söhbət yeni reaktorun tikilməsindən gedir və yeni reaktorun tikilməsinin müzakirələrində mən də iştirak etmişəm.
Əgər qonşu dövlətlər icazə verməsələr, onlar yeni reaktoru tikə bilməzlər. Azərbaycan da buna müsbət rəy verməyib. Lakin ermənilər məsələ ilə bağlı müəyyən işlər görməyə davam edirlər. Həmin reaktorun potensialının nə olduğu, yəni gələcəkdə burada nüvə silahının düzəldilə biləcəyi mənim üçün bəlli deyil. Lakin bu cür reaktorlar bir qayda olaraq elektrik enerjisi istehsal etmək üçündür".

İ.Mustafayev vurğulayıb ki, amma tikinti əsnasında üçüncü dövlətlərin köməyi ilə edə biləcəkləri insanı düşünməyə vadar edir:

"Metsamor"la bağlı törədilə biləcək təxribat elə bizdən əvvəl onların özünə zərər verəcək. Lakin Türkiyə və Gürcüstana da xeyli təsirləri ola bilər. Burada qəsdən hər hansı hadisə törədilməsi onu deməyə əsas verir ki, artıq ermənilər Ermənistanda da yaşamağa qadir deyillər. Çünki qonşulara bu cür aqressiv münasibət göstərməklə bu regionda yaşaya bilməzlər".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qeyd edib ki, ataların belə bir misalı var - "Arxalı köpək qurd basar":
"Lakin hesab edirəm ki, bu hal ermənilərin aqoniya, yəni ölümqabağı vəziyyətini göstərir. Görün bu ermənilər nə günə qalıblar ki, ağlasığmaz, absurd bəyanatlar verirlər. Perspektivi çürüməkdə olan bir dövlətin rəhbərliyinin verdiyi bəyanatlar da məhz bu aqoniya vəziyyətindən irəli gəlir. Sual yaranır ki, bunlar bu cürəti haradan alırlar?! Əslində, ermənilərin güclü bir dəstəyi də yoxdur, sadəcə, bəzi məsələləri həddindən artıq şişirtməyi sevirlər.

Sözsüz ki, erməniləri müəyyən mənada qızışdıranlar da var, lakin bu əməli etməyə onların cəsarəti çatmaz. Qeyd edim ki, "Metsamor" AES-lə bağlı məsələ Avropa Şurası Parlament Assambleyasında bir neçə dəfə müzakirə olunub və tələb qoyulub ki, bu stansiya bağlanmalıdır. Çünki "Metsamor" istismar müddətini artıq bitirib və bölgə üçün çox böyük bir fəlakət mənbəyidir".

Z.Əsgərov vurğulayıb ki, ermənilər 44 günlük müharibədən öncə Tovuzda təxribat törətdilər:

"Bizim boru kəmərlərinə yaxınlaşaraq, guya nəzarətə götürmək istəyirdilər. O zaman da ermənilərin başları necə var əzildi, dərslərini aldılar. Onlar sonlarına yaxın bu cür gicbəsər, absurd bəyanatlar verirlər. Hesab edirəm ki, parlament bu məsələ ilə əlaqədar yenidən beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıra bilər. Lakin yenə də deyirəm ki, bu problemdən Avropanın da, digər beynəlxalq təşkilatların da xəbərləri var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1114   Tarix: 09 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr