Azərbaycanda havanın qeyri-sabit keçməsinin səbəbi açıqlanıb
Şimaldan gələn soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində bir neçə gündür ki, Azərbaycan ərazisində qeyri-sabit, yağışlı və küləkli hava şəraiti müşahidə olunur".
Bunu "Report"a açıqlamasında Ekologiya Təbii Sərvətlət Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, ölkənin bəzi yerlərində şimşək çaxıb, arabir yağış yağıb: "Bəzi rayonlarda isə yağıntılar intensiv xarakterli olub. Qərb rayonlarına dolu düşüb. Avqustun 8 günü ərzində 6 gün temperatur iqlim normasından yüksək, iki gün isə iqlim normasından aşağı olub.
Qeyri-sabit hava şəraiti bu gün, avqustun 9-u gündüz saatlarına qədər davam edəcək, yağıntılar tədricən kəsiləcək. Avqustun 10-dan başlayaraq, ikinci ongünlüyün ortalarınadək yağmursuz hava şəraitinin müşahidə ediləcəyi gözlənilir. Zəif şərq istiqamətli külək əsəcək.
Havanın temperaturu bugünlərlə müqayisədə tədricən yüksələcək. Eləcə də, Bakıda və Abşeron yarımadasında bu gün mülayim şimal-qərb küləyi müşahidə olunur. Sabahdan paytaxtda da yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun bugünlərlə müqayisədə tədricən yüksələrək 37 dərəcəyə çatacağı gözlənilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1610 Tarix: 09 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrSabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabr