"Yaşlı müəllimlər kurikulumun tətbiqində çətinlik çəkirlər" - Təhsil eksperti

"Yaşlı müəllimlər kurikulumun tətbiqində çətinlik çəkirlər" - Təhsil ekspertiİstiqamət: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Artıq 10 ildən çoxdur ki, kurikulum anlayışı Azərbaycan təhsil sisteminə gətirilib. Bəs kurikulum Azərbaycanın təhsil müəssisələrində praktik baxımdan tətbiq oluna bilirmi?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanov bildirib ki, gənc müəllimlər kurikulumun tətbiqinə tez uyğunlaşsalar da, Sovet təhsilində pedaqoji fəaliyyətlə məşğul olan yaşlı müəllimlər çətinlik çəkirlər:

"Kurikulum əslində yol xəritəsi, təhsil planı deməkdir. Bunun qərb ölkələrində demək olar ki, 100 ildən çox tarixi var. Kurikulum təhsil prosesində hansı fənnin necə tədris ediləcəyi və o fənnin tədris içərisindəki yerini izah edən bir plandır. Azərbaycanda müstəqillik əldə edəndən sonra dünya təhsil sisteminə inteqrasiya məqsədli olaraq kurikulum tətbiq olunmağa başladı. Amma 2010-cu ildən sonra həm konsepsiyası, həm fənlərin hər biri üçün kurikulumlar yeniləndi. Əvvəl kurikulum tədris planı , bəzən yol xəritəsi şəklində açıqlanırdı.Ümumi olaraq dediyim kimi kurikulum iki sistemi əhatə edir. Biri o fənnin tədis planı, fənni tədris edərkən hansı ardıcıllıqla tədris edilməsi, ikincisi fənnin tədris içindəki yeridir. Burda fənlərarası əməkdaşlıq, inteqrasiya kurikulumda yer alır və təhsil alanların bu metodla fənlərarası inteqrasiyadan istifadə edərək daha effektiv öyrənməsinə kömək edir.

Təbii ki, tətbiqə gənc müəllimlər daha tez uyğunlaşır. Çünki bu sistemdə öyrənmədə sadəcə biliyin ötürülməsi deyil, şagirdlərdə analitik düşüncə və kollektivlə işləmə qabiliyyətinin inkişafı da nəzərdə tutulur. Şagirdləri qruplara bölərək qrup içərisində öyrənmə, özünü ifadə etmə bacarğənın inkişafı da nəzərdə tutulur. Qeyd etdiyim kimi, Sovet təhsil sistemində pedaqoji fəaliyyətlə məşğul olan yaşlı müəllimlər kurikulumun tətbiqində müəyyən çətinliklər yaşayırlar. Son illərdə məzun olan gənclərimiz pedaqoji ixtisaslarda bu sistemin tətbiqi ilə əlaqədar kifayət qədər ədəbiyyat oxuyurlar, təcrübə əldə edirlər. Ona görə də onlar bu sistemi daha müvəffəqiyyətlə tətbiq edirlər. Kurikulumun bir başqa mahiyəti də bundan ibarətdir ki, Azərbaycan təhsili qlobal təhsilin bir parçasıdır. Müxtəlif beynəlxalq imtahanlar, monitorinqlər keçirilir və bu səbəbdən də dünyada tətbiq olunan bənzər bir sistem biz də tətbiq etməliyik. Burda həm dərsliklərin dünya səviyyəsinə uyğunlaşdırılması və hansı şəkildə tədris olunacağı, dünyanın qabaqcıl ölkələrinə uyğunlaşması kurikulum sisteminin mahiyətdə yer alır. Amma məktəblərimizdə müəyyən yanlışlar olur. Həm ənənəvi, həm müasir sistem bir arada tətbiq etməyə çalışılır. Bu da haqlı olaraq valideynlərin və şagirdlərin narazılığına səbəb olur. Bu sistem əslində əzbərdən çox analitik düşüncə, özü araşdırıb tapma istiqamətlidir, amma bəzən müəllimlər həm əvvəlki ənənəvi təhsilin bütün yükünü,həm də yeni müasir yanaşmanı şagirdə çatdırmağa çalışırlar. İkisi bir arada olduğu zaman şagirdlər bu yükü qaldıra bilmirlər. Burda müəllimlərə təlimlərin keçilməsi, metodiki göstərişlərin verilməsi vacibdir. Kurikulum təkmilləşməli,qabaqcıl müəllimlərin təcrübəsi yayılmalıdır. Düşünürəm ki, kurikulum düzgün istifadə olunursa, faydalı sistemdir. Burda həm qiymətləndirmə fərdidir,həm şagirdin qabiliyyət və bacarıqlarına yönələn fərdi çalışmalar, qrup işi,şəxsiyyətə yönələn inkişaf vacibdir. Müəllim burada müəyyən problemlər ortaya qoyur və həllini şagirdlərə qrup işi ilə yönləndirir. Bu metodla öyrənmə daha qalıcı olur. Şagirdlər hər fənnin mahiyətini öyrənir və digər fənlərlə inteqrasiyasını anlayır. Qeyd etdiyim kimi, bu istiqamətdə müxtəlif metodiki vəsaitlər,təlimlər, treyniniqlər faydalı ola bilər. Son illərdə müəllimləri işə qəbul və sertifikasiya imtahanlarında sualların əhəmiyyətli hissəsi kurikulumun tətbiqi ilə əlaqəli olması insanların bu sahədə məlumatlılğına müsbət təsir göstərib".
Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Yaşlı müəllimlər kurikulumun tətbiqində çətinlik çəkirlər" - Təhsil ekspertiŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1977   Tarix: 09 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr