"Müşfiq ocağı"nın durumu ona ildə iki dəfə baş çəkənləri niyə narahat etmir? - FOTO

"Müşfiq ocağı"nın durumu ona ildə iki dəfə baş çəkənləri niyə narahat etmir? - FOTOXızının Sayadlar kəndində yerləşən "Müşfiq ocağı"nda baxımsızlıq hökm sürür. 1988-ci ildə Müşfiqsevər ziyalıların təşəbbüsü ilə yaradılan bu muzey 34 ildir ki, cəmi bir otaqdan ibarətdir.

Mikayıl Müşfiqin xatirəsinə yaradılan yeganə muzey olan bu yer 2004-cü ildən Mədəniyyət Nazirliyinin balansına keçib. Amma həmin dəyişiklik belə, muzeyin görüntüsündə heç bir fərq yaratmayıb. Susuzluqdan həyətdəki ağaclar quruyub, əraziyə gələn çayın qarşısı uzun müddət əvvəl kəsilsə də, muzeyə su xətti çəkilmə işlərinə hələ yeni başlanıb. Lakin bu addım da ərazidə yaşıllaşdırma həyata keçirməyə imkan vermir. Çünki sadəcə muzeyin həyətində qazılan quyu vasitəsilə su əldə etmək olur ki, həmin su ilə heç antisanitar şəraitin qarşısını almaq mümkün deyil.
Mövcud problem dəfələrlə sosial şəbəkələrdə də gündəmə gətirilib. Lakin aidiyyəti qurumlar tərəfindən əsaslı hər hansı tədbirin görüldüyü hələ ki nəzərimizə çarpmır.

Mədəniyyət Nazirliyindən məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mikayıl Müşfiqin Xatirə muzeyi ilə bağlı abadlaşdırma işlərinin həyata keçirilməsi növbəti illərdə baş tutacaq:

"Bildiyiniz kimi, Xızının Sayadlar kəndində yerləşən Mikayıl Müşfiq muzeyi - "Müşfiq ocağı" - 1988-ci ildə bir qrup Müşfiqsevər insan tərəfindən yaradılıb. 2004-cü ilin 15 sentyabr tarixində bina Mikayıl Müşfiqin Xatirə muzeyi statusunu alaraq Mədəniyyət Nazirliyinin balansına götürülüb.

Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrin yerləşdiyi inzibati binaların cari və əsaslı təmiri, həyətyanı sahələrinin abadlaşdırılması, o cümlədən muzey ekspozisiyalarının yenilənməsi, maddi-texniki bazalarının yaxşılaşdırılması və müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində işlər aparılır. Bu çərçivədə Mikayıl Müşfiqin Xatirə Muzeyi üçün də kompleks tədbirlər çərçivəsində müvafiq işlərin görülməsi növbəti illərdə təmin olunacaqdır".

Ocağın bağbanı Fəxrəddin Abdullayevin Oxu.Az-a verdiyi məlumata görə, hər il Mədəniyyət Nazirliyi və Xızı Rayon İcra Hakimiyyəti Müşfiqin doğum və anım günündə muzeydə tədbirlər həyata keçirir. Bu isə özlüyündə sual doğurur: Tədbirdə olan mədəniyyət adamlarının heç birini qarşılaşdıqları mənzərə narahat etmir?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 867   Tarix: 09 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr