Sosioloq: "Azərbaycanda evlənmək terror hadisəsi kimi bir şeydir"
"Qızlara 20 minlik cehiz verərək bunun qarşılığında evlənən oğlandan qızıl tələb edilməsi özümüzə tətbiq etdiyimiz rəzil bir terrordur".
Bu sözləri Azərbaycanda evlilik yaşının artması ilə bağlı Bizim.Media-ya verdiyi açıqlamada sosioloq Elçin Bayramlı söyləyib.
O bildirib ki, bu səbəbdən də getdikcə ölkəmizdə evlənmək yaşı artır:
"Azərbaycanda evlənmək yaşının artması iki səbəblə bağlıdır. Birincisi, sosial-iqtisadi vəziyyət, ikincisi isə, bəzi lazımsız adətlərlə əlaqədardır. Kimlərinsə son dövrlərdə dəbə saldığı evlənəcəyin qıza qızıl almaq, qıza 20 minlik cehiz vermək, xərc tələb edən xına mərasimi, nişanın toy kimi keçirilməsi, toyların dəbdəbəli şərtlərlə təşkil olunması gənclərin özlərini evlənməyə hazır hiss etmələrinə imkan vermir.
Nəticədə onlar vaxtı uzatmağa başlayırlar ki, sonra çoxlu pul əldə edib gələcəkdə evlənə bilsinlər. Bu da bizim ailə institutumuzu dağıdır. Bu, cəmiyyətin öz-özünə qarşı tətbiq etdiyi rəzil bir terrordur. Sanki bu cür adət halına salınan əməllərlə millətin kökünü kəsməyə çalışırlar".
Sosioloqun sözlərinə görə, evlilik yaşının artması ilə bərabər boşanmaların da çoxalması milli genefondumuzu məhvə aparır:
"Gec evliliklər çoxsaylı problemlər yaradır. Həm oğlanlar, həm də qızlar üçün bu keçərlidir. Qızları bahalı cehiz aparmağa məcbur edirlər. Bu proses isə adi adamlar üçün 20-30 min manata başa gəlir. Varlılarda isə milyonlardan söhbət gedir.
Oğlandan evlənmək üçün qızıl, qızdan isə cehiz tələb etmək rəzil və təhqiramiz hərəkətlərdir. Bu gəncləri məhvə aparmağa doğru hesablanmış əməllərdir. Təsadüfi deyil ki, boşanmalarımızın sayı 40 faizə çatıb və məhz bu sahədə dünya lideri olmaq üzrəyik.
Evlənməkdə heç bir standartdan söhbət getməməlidir. İki gənc bir-birini sevirsə və evlilik üçün uyğun görürsə, onlar nikah bağlayaraq evlənməli və bunun üçün kiçik bir məclis təşkil olunmalıdır. İndi hamı salam verdiyi adamı toyuna çağırır. Toyunda insanın ətrafında maksimum 50 nəfər yaxın adam ola bilər və məncə pul yazılmasına da, ehtiyac yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı