Müştərinin pulunu alıb, "girov saxlayan" "Oberlux Nabran" hotelindən AÇIQLAMA: "Şikayətçidirlər, lap yaxşı"

Müştərinin pulunu alıb, "girov saxlayan" "Oberlux Nabran" hotelindən AÇIQLAMA: "Şikayətçidirlər, lap yaxşı"Yay mövsümündə tez-tez rastlaşılan problemlərdən biri də rayonlara istirahətə gedən vətəndaşların dələduzluq qurbanı olmasıdır. Belə hadisələrdən biri də Xaçmaz rayonunda qeydə alınıb.

Bu barədə Oxu.Az-a şikayət daxil olub. Şikayətçi Şəhnam Şərbətov saytımıza açıqlamasında "Oberlux Nabran" adlı hoteldə üzləşdiyi xoşagəlməz hadisə ilə bağlı məlumat verib. Onun sözlərinə görə, hotel rəhbərliyi ailədən dördgünlük ödənişi əvvəlcədən almasına baxmayaraq, onları tələb etdikləri qaydada bir otağa yerləşdirməyib. Bunu görən ailə pulunu geri alıb hoteli tərk etmək istədikdə isə rəhbərlik ödənişi qaytarmaqdan boyun qaçırıb:

"Dünən axşam saat 6-da hotelə daxil olmuşuq. Dərhal bizdən 180 manat ilkin ödəniş istənilib. Ödənişi etdiyimiz zaman bizə belə bir şərt irəli sürdülər ki, hoteli bəyənməsək, imtina edə bilərik, ancaq ilkin ödəniş qaytarılmayacaq. Razılaşdıq, bir az ətrafı gəzdikdən sonra hotelə qayıtdıq, otağa çıxmaq istəyəndə bu dəfə dörd gecənin pulunun birdəfəlik ödənilməsi tələb olundu. Onu da ödədik, düşündük ki, hotel elə şəkildəki kimidir. Amma otağa qalxdıqda gördük ki, şəkildəkindən tamamilə fərqlidir və ailəmizə uyğun deyil. Otaq dörd yox, üç nəfərlikdir. Üstəlik biz diskotekanın yanında olmasını istəmədiyimiz halda, bizə düz onun yanında otaq ayırıblar. Dörd dəfə zəng edib otağa yerləşə bilmədiyimizi, balaca olduğunu bildirdik. Bizə yataq gətirəcəklərini dedilər. Bir də qapını açıb görürük ki, yatağı qapıya atıb gediblər, nə yastıq var, nə örtük, neçə saat sonra təkrar narazılığımızı görüb deşik-deşik örtük gətirdilər".

Həmsöhbətimiz namaz qılmaq üçün uyğun yerin olmadığını, buna görə də narahatlıq yaşadıqlarını dilə gətirib:

"Namaz qılanam, amma hoteldə namaz qılmaq üçün heç bir avadanlıq yoxdur. Dörd dəfə zəng edib, dörd dəfə də gedib istədiyim halda, mənə canamaz vermədilər, axırda camaşırxanadan dəsmal götürdüm. Biz bütün problemləri onlara deyib hoteldən ayrılmaq istədiyimizi bildirdik və heç olmasa, iki günün pulunu qaytarmalarını istədik. Razı olmadılar. "Gedin, kimə şikayət edirsiniz, edin. Pulu qaytarmırıq", - dedilər. Halbuki biz heç nədən istifadə etməmişdik. Bizə "Çıxın gedin də", - deyirlər. Axı pul ödəmişik, necə gedək? Nə qalmağa, nə də getməyə normal şərait yaradırlar. Məcbur burada qalmışıq".

Məsələ ilə bağlı "Oberlux Nabran"ın meneceri ilə əlaqə saxlasaq da, bu barədə heç bir açıqlama verilməyəcəyi qeyd edildi:

"Hotelin qaydalarına uyğun olaraq, üçüncü şəxsə məlumat verə bilmərik. Müştəriylə bizim aramızda olub. Müştəri bizdən şikayətçidir, lap yaxşı. Biz bu barədə danışmayacağıq".

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsindən Oxu.Az-a bildirildi ki, zərərçəkənlər ərizə ilə bölməyə müraciət etməlidirlər:

"Ondan sonra araşdırma başlada bilərik".

Hüquqşünas Əsabəli Mustafayev isə Oxu.Az-a açıqlamasında vətəndaşların birbaşa məhkəməyə müraciət etməli olduqlarını vurğulayıb:
"Göstərilməmiş xidmətə görə əvvəlcədən pul alınması qanunsuzdur, heç yerdə belə bir şey tətbiq oluna bilməz. Həmin şəxslər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə hoteldən şikayət etsinlər. Həmçinin birbaşa hotelin yerləşdiyi ərazidəki məhkəməyə də müraciət edə bilərlər. Belə olan halda, həm ödədikləri pulu, həm də mənəvi zərərə görə kompensasiya ala bilərlər. Buna tam hüquqları çatır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1599   Tarix: 09 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr