Maşın sevdanızı reallaşdıran qara bazarın TƏHLÜKƏSİ: İt də gedər, ip də - FOTO

Maşın sevdanızı reallaşdıran qara bazarın TƏHLÜKƏSİ: İt də gedər, ip də - FOTOMaşın qiymətləri ilbəil artır. Maşın almaq sevdası isə demək olar tükənmir. 18 yaşı tamam olan əksər insanlar pul yığıb maşın almaq istəyirlər. Bilmirik ki, bu xəbərə sevinməliyik, yoxsa yox. Amma maşın bazarında xəyallarınızı "gerçəkləşdirəcək" şəxslər ortaya çıxıb.

Elan saytlarından birinin üzərində rast gəldiyimiz nömrə ilə əlaqə saxladıq. Deməli telefona cavab verən xanım deyir ki, hazırda əllərində olan yeganə maşın VAZ-21015-dir.

Xanımlar üçün uyğun avtomobil istədiyimizi dedikdə isə bildirildi ki, maşını vətəndaş tapır, onlar isə nəqliyyat vasitəsini kredit şərtlərinə uyğunlaşdırır:

"Bizdə avtomobil olmur, daha çox müştərilər maşın tapır. Avtomobilin dəyərinin 3-5 min manata qədər əskik olan hissəsi varsa, biz ona köməklik edirik. Daha sonra məbləğdən asılı olaraq, 30 faizdən başlayan kredit şərti ilə pulu geri alırıq. Rəsmi sənəd olmadan tərəflər arasında razılaşma əsasında həll olunur. Əsas odur ki, şəxsiyyət və sürücülük vəsiqələriniz olsun. Sizinlə müqavilə bağlayırıq".

Xanım deyir ki, ödəniləcək məbləğ gecikdikdə isə bunun üzərinə əlavə faizlər gəlir.

"Müqavilədə də qeyd olunur ki, təxminən bir ay gecikmə nəzərə alına bilər".

Vətəndaşlar arasında bu xidmətlərdən istifadə edənlər də az deyil. Lakin bu xidmətlərin nə qədər etibarlı olduğunu heç kim deyə bilməz.

Digər məqam isə bu xidmətlərin "qara bazar" formasında fəaliyyət göstərməsidir.

Hüquqşünas Ramil Süleymanov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında qeyd edib ki, bu kimi məqamda hər iki tərəfin məsuliyyəti var:
"Həm "kredit" verən şəxsin cinayət məsuliyyəti, həm də maşını "əlbəəl kreditlə" almaq istəyən şəxsin mülki məsuliyyəti var. Onu da qeyd edim ki, bu gün maşın bazarındakı bu vəziyyətlə qarşılaşan insanlar var ki, mənə müraciət ediblər. Bənzər problemlərlə qarşı-qarşıya qalıblar.

Maşın almaq istəyən şəxs və onun aldığı risklərdən danışaq. Vətəndaş hansısa avtomobili bəyənir, əlində olan vəsait onu almağa kifayət etmir. Avtomobilin isə hər hansı bank tərəfindən kreditləşməsi, lizinqi həyata keçirilmir deyə, insanlar maşın bazarındakı "əlbəəl kredit" verən şəxslərə" üz tutmaq məcburiyyətində qalırlar. Nəticədə isə təxminən 10 min manatlıq avtomobili real qiymətlərindən çox baha, yəni 14, hətta 15 min manata alırlar".

Bəs sənədləşmə hansı qaydalara əsaslanmalıdır?

Hüquqşünas bu suala cavab olaraq bildirib ki, tərəflərdən biri fiziki şəxsdirsə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə və "Notariat hərəkətləri" haqqında təlimatın müvafiq bəndlərinə əsasən aparılır:

"Belə olan halda mütləq qaydada tərəflər arasında notarial müqavilə bağlanılmalıdır. Bu münasibətlər mütləq notarial qaydada rəsmiləşdirilməlidir. Bu rəsmiləşmədən sonra dövlət büdcəsinə rüsum ödənilməli, kreditin şərtləri bəyan edilməlidir və s.

Ancaq avtomobil bazarında rastlaşdığımız mənzərədə maliyyələşməni həyata keçirən şəxs maşını icarə müqaviləsi ilə almaq istəyən şəxsə təqdim edir və ona aylıq sürmək üçün etibarnamə verir. Şərtlər tərəflər arasında təyin edilir və notarial qaydada təsdiq olunmur. Bu sənədin heç bir hüquqi qüvvəsi olmur. Gələcəkdə bu "sənədlə" çox rahat şəkildə alıcıları aldatmaq mümkündür. Əgər tərəflər arasında ödənişin gecikməsi və ya ödənilmiş məbləğin geri qaytarılması barədə hər hansı bir mübahisə olduqda kredit verən şəxs maşını "icarə müqaviləsi", hamının anladığı şəkildə desək "arenda"ya verdiyini deyərək məsələni öz xeyrinə yekunlaşdıra bilər. Bu halda sadəcə aylıq icarə ödənilməsi əsas gətirilərək alıcıya heç bir ödəniş geri qaytarılmır. Tərəflər arasında bağlanmış və notarius tərəfindən təsdiqlənməmiş "icarə müqavilə"lərində avtomobilin yekunda qarşı tərəfdə qalacağına dair bənd olmadığı məlum olub. Belə olan halda vətəndaşlar real risk qarşısındadırlar. Notarial qaydada təsdiq olunmayan sənədin hüquqi qüvvəsi yoxdur və vətəndaş sabah həm qəpik-qəpik yığdığı və min zülmlə ödədiyi aylıq məbləğləri itirir, həm də məhkəmədə də heç nə tələb edə bilmir. Qarşı tərəf isə çox rahat şəkildə öz adına olan avtomobili həmin vətəndaşa "icarə müqaviləsi" ilə verdiyini deyərək məsuliyyətdən yayına bilir və avtomobilini geri ala bilir. Vətəndaş ödənişi gecikdirdiyində isə icarə müqaviləsi ləğv edilir, həm maşın, həm də həmin günə qədər ödənilən vəsait də batır".

R.Süleymanov vətəndaşları bu cür şəxslərdən uzaq durmağa səsləyib.

Hüquqşünas bu cür xidmət göstərən "şəxslər"in əməllərində Cinayət Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması faktlarının olduğunu deyib:

"Belə olan halda kreditləşməni həyata keçirən şəxslərin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 197-ci maddəsinin ("Qanunsuz sahibkarlıq") tərkibi mövcuddur. "Əlbəəl kredit" verən vətəndaşlar bilməlidirlər ki, kreditləşmə fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının Mərkəzi Bankından müvafiq lisenziyası alınmalıdır. Eyni zamanda gəlirli sahə olduğu üçün şəxs mütləq İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətində vergi ödəyicisi kimi qeydiyyatdan keçməlidir. Dövlətə göstərdiyi fəaliyyət vergi ödəməlidir. Vergidən yayındıqları üçün də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsinə (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) uyğun cinayət məsuliyyəti yaranır".

Hüquqşünas bənzər problemlərin aradan qaldırılması üçün bir sıra təkliflərin də irəli sürülməli olduğunun vacibliyinə diqqət çəkib:

"Qara bazarda olan bu şəxs və ya şəxslərdən uzaq durmaq lazımdır. Bunun üçün qanunvericilikdə müvafiq istiqamətlərdə sadələşdirmələr aparılmalıdır. Tərəflər arasında olan münasibətlər, eyni zamanda bu sahəni tənzimləyən qanunlar da sadələşdirilməlidir. Mütləq qaydada bank kreditləri bu sahəyə ayrılmalı və vətəndaşların ödəmə imkanları qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən, şəxsin qanunsuz sahibkarlıqla məşğul olduğu istintaq orqanları tərəfindən təsdiqlənərsə, həmin şəxs əldə etdiyi gəlirin 2 mislindən 3 mislinə qədər cərimə ödəyir və ya 6 aya qədər azadlıqdan məhrum edilə bilər. Qara bazarda bu gün bu tip şəxslərin mütəşəkkil dəstə kimi fəaliyyət göstərdiklərini nəzərə alsaq, həmin dəstənin üzvlərini 1 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

CM-nin 213-cü maddəsinin tələblərinin pozulmasına görə isə şəxsi yayındığı vergilərin nəticəsinə vurulmuş zərərin 2 mislindən 3 mislinə qədər cərimə, 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Bu mütəşəkkil dəstə tərəfindən həyata keçirilərsə, 5 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəza tətbiq oluna bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3429   Tarix: 09 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr