"Yarışlarda qazanılan yüksək nəticələrin ölkəmizin təqdimatında rolu özünü aydın şəkildə büruzə verir" - DEPUTAT
"Bu gün dünyanın dıqqəti Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına yönəlib".
Bu sözləri Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.
Deputat qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimində iştirak ediblər:
"İki qardaş ölkənin dövlət başçılarının səfərləri hər iki ölkə üçün yeni bir mərhələnin başlanğıcıdır. Cənab Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirə olunan məsələlər hər iki ölkə üçün qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin reallaşması istiaqamətində mühüm addımdır. Ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında hər iki dövlət liderlərinin rolu misildizdir. Azərbaycan-Türkiyə hər zaman bir-birinin yanında olaraq dünyaya dostluq və qardaşlıq örnəyi göstərir. Ən önəmlisi, Azərbaycan və Türkiyə hər zaman türk dövlətlərinin daha sıx münasibətdə olmasına xidmət edən addımlar atıblar".
Deputatın sözlərinə görə, qürurverici digər mühüm amil odur ki, Azərbaycan son iki ildə beynəlxalq tədbir və yarışlarda, eləcə də Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında öz gücünə ərazi bütövlüyünü bərpa edən, qalib ölkə kimi iştirak edir:
"Cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva idmançılarımıza hər zaman xüsusi diqqət və qayğı göstəriblər. Paytaxt və bölgələrimizdə idman kompleksləri tikililərək istifadəyə verilib. Gənclərimizin idmanın hər bir növünə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılır. Daim vurğulandığı kimi, idmanın da bir siyasət olduğunu nəzərə alsaq, keçirilən yarışlarda qazanılan yüksək nəticələrin ölkəmizin təqdimatında rolu özünü aydın şəkildə büruzə verir. İdmançılarımızın yarışlarda qələbəsi Dövlət Himnimizin səsləndirilməsi, bayrağımızın yüksəklərdə dalğalanması ilə müşayiət olunur ki, bu da Azərbaycanın yüksək səviyəli təqdimatıdır. Əminəm ki, V İslam Həmrəyliyi Oyunlarına qatılan hərbçilərimiz də növbəti dəfə möhəşəm qələbələrə imza ataraq qardaş Türkiyənin Konya şəhərində üçrəngli bayrağımızı dalğalandıracaq və Dövlət Himnimizi səsləndirəcəklər".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı