Uşaqların alkoqolik, tütün aludəçisi olmaması üçün valideynlər nə etməlidirlər? – Pediatr AÇIQLADI + FOTO

Uşaqların alkoqolik, tütün aludəçisi olmaması üçün valideynlər nə etməlidirlər? – Pediatr AÇIQLADI + FOTOÖtən gün sosial şəbəkələrdə azyaşlıların spirtli içki qəbul etməsi ilə bağlı görüntülər yayıldı. Yəqin ki, hər kəsə bunun müşahidə etdiyimiz ilk belə hadisə olmadığı məlumdur. Çünki Azərbaycanda onlarla, bəlkə də, yüzlərlə yetişkin fərd əyləncə məclislərində ya övladlarının ağzına siqaret tutuşdurub onu videoya çəkir, ya da məclislərdə 5-10 yaşlı uşaqlara içki içirtməyə çalışır. Bunlar azmış kimi, uşaqlar kiçik yaşda valideyn diqqətsizliyi, qohum-qonşu ərincəkliyinə görə mağazalara alkoqol və siqaret almaq üçün göndərilirlər.

Düşünülmədən atılan bu addımların uşaqlara əks-təsiri nələrdir? Gələcəkdə hansı fəsadlara yol açır?

Mövzu barədə Oxu.Az-a danışan pediatr Qoşqar İsmayılov azyaşlı uşağı olan ailələrdə spirtli içki və siqaretdən istifadənin yolverilməz olduğunu vurğulayıb:

"Bu mövzu bizdə həmişə aktual olub. Uşaqların spirtli içki içməsi, siqaret çəkməsi qəbuledilməzdir. Buna valideynlərin həmin məhsullara meyilli olması da yol açır. Ona görə də həmişə tövsiyə edirik ki, övladlarının yanında spirtli içki içməsinlər, siqaret çəkməsinlər, bacarırlarsa, tamamilə tərgitsinlər. Çünki bu, həm özləri, həm də ətrafdakı insanlar, xüsusilə körpələr üçün zərərlidir. O baxımdan ən çox da körpə olan ailələr məsələdə diqqətli olmalıdırlar".
Mütəxəssis məhsulların ziyanlı tərəflərindən də söz açıb:

"Siqaret ilk növbədə ağciyərlərə zərər vurur, damarların tıxanmasına yol açır, gələcəkdə ateroskleroza və müxtəlif ürək xəstəliklərinə səbəb olur. Həmçinin ayaqlarda ağrılar, axsamalar yarada bilir. Spirtli içkilər isə mədə-bağırsaq sistemindən başlamış mədəaltı vəzinin xəstəliklərinə qədər gətirib çıxarır. Uzun müddət istifadə olunanda alkoqolik psixozlara səbəb olur. Ona görə də sağlamlıq üçün bunların istifadəsinə son qoymaq lazımdır. Bunu həm özləri, həm cəmiyyət, həm də övladlarının sağlamlığı üçün etməlidirlər".

Qeyd edək ki, Azərbaycan Respublikasının "Tütün və tütün məmulatları haqqında" Qanununun 15-ci maddəsinə əsasən, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışı qadağandır. Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənədi tələb etməlidir.

İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsinin 2-ci bəndinə görə, etil (yeyinti) spirti, alkoqollu və energetik içkiləri və ya tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satan şəxslər 100 manat məbləğində cərimə olunurlar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 678   Tarix: 10 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr