"İrəvan Ankaraya müsbət cavab verib, sentyabrda..." - Andranik İspiryan
"Rusiya, Qərb və İran Ermənistan və Türkiyə nümayəndələri arasında nizamlanma prosesinə dair danışıqların İrəvan və Ankarada davam etdirilməsinə mane olmağa çalışırlar".
Sonxeber.az teleqraf.com-a istinadən bildirir ki, bunu erməni türkoloq Andranik İspiryan deyib.
"Son vaxtlar regiondakı oyunçular - Rusiya, Qərb və İran fəal şəkildə açıqlamalar verirlər. Amma nəzərə almalıyıq ki, nizamlanma prosesi ilə bağlı danışıqlar iki ölkə arasında gedir, üçüncü tərəflər sadəcə olaraq bu danışıqların rahat getməsinə kömək edən vasitəçilərdir. Baş nazir həm Rusiya liderini, həm də Qərb ölkələrini danışıqların gedişi barədə məlumatlandırıb. Güman etmək olar ki, onlar danışıqların hər iki ölkədə aparılmasına mane olmağa çalışırlar. Mən isə hesab edirəm ki, Türkiyə və Ermənistan bunun üçün qarşılıqlı etimad yaratmağa çalışırlar", - ekspert bildirib.
İspiryanın fikrincə, danışıqlar əbədi olaraq üçüncü ölkələrdə davam edə bilməz, qarşılıq etimad formalaşdıqdan sonra hansısa mərhələdə Türkiyə və Ermənistanda davam etdirilə bilər.
Sentyabrda Qars şəhərində görüş keçiriləcəyi ilə bağlı Türkiyə mətbuatında yayılan məlumata münasibət bildirən türkoloq bunu istisna etməyib:
"Türkiyə mətbuatının inamlı təkidinə baxanda görünən budur ki, Ermənistan tərəfi buna müsbət cavab verib. Təcrübə göstərir ki, anonim türk mənbələri həmişə haqlı çıxır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir