Balakəndə "Darama" ƏMƏLİYYATI: Bir tona yaxın narkotik, "Kalaşnikov"...
Balakəndə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları birgə əməliyyatlar keçiriblər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, bu zaman narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası ilə məşğul olan və üzərində "Kalaşnikov" avtomatı gəzdirən ümumilikdə 7 nəfər saxlanılıb.
Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının rayon ərazisində yerləşən yüksək dağlıq ərazilərdə birgə keçirdikləri "Darama" əməliyyatları zamanı 3 narkotik plantasiyası aşkar edilib. Həmin plantasiyaları salan şəxslərdən yaş halda çəkisi 900 kiloqram olan 1098 ədəd narkotik tərkibli çətənə kolu,13 kiloqrama yaxın qurudulmuş marixuana, 2 ədəd ov tüfəngi və həmin silaha aid patronlar aşkar olunub.
Daxil olmuş məlumat əsasında keçirilən növbəti tədbir nəticəsində isə Tacəddin Kaltayev və Elnur Əliyev tutulub, şəxsi axtarış zamanı onlardan marixuana aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitəni əvvəllər məhkum olunmuş İsrafil Əliyevdən aldıqları müəyyən edilib. Davam etdirilən tədbirlərlə İsrafil Əliyev də tutularaq istintaqa təhvil verilib və ondan satış məqsədilə üzərində daşıdığı 200 qrama yaxın marixauna götürülüb. Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində isə üzərində qanunsuz odlu-silah sursat gəzdirən rayon sakini Elxan Qarayev saxlanılıb. Həmin şəxsdən istifadəyə yararlı "Kalaşnikov" avtomatı , sandıqça və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Aşkar edilən bütün faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirlir. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi,eləcə də rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1435 Tarix: 15 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabr