Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə xəbərdarlıq edib
"Son vaxtlar sosial şəbəkələri monitorinq etdikdə biz müəyyən qrupların, ayrı-ayrı şəxslərin özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini elan edən reklamlarını görürük".
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sanki mövsüm gələndə hamı mütəxəssisə çevrilir: "Lakin təcrübəmizə əsaslanaraq deyə bilərik ki, ixtisas seçimini başqalarına həvalə etmək düzgün deyil. Onlar heç bir əsası olmadan özləri özlərini ekspert adlandırır və kimlərisə öz yanına pul müqabilində xidmət göstərməyə dəvət edirlər. Belə insanlara etibar etmək olarmı? Hətta burda qəbul ola bilməyənlərlə bağlı şirin vədlər verirlər ki, gəlin attestatla sizi xaricdə təhsil almağa göndərək. Heç bir nüfuzu, reytinqi olmayan universitetlər də onları qəbul edir. Sonda necə olur? Məgər o diplomların hamısı bizim ölkədə tanınırmı? Həmin universitetlərin məzunları lazımi mütəxəssis ola bilirlərmi? Bu sualları hamı özünə verməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 831 Tarix: 16 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabr