Məktəbli formalarının qiyməti açıqlandı: Harada satılacaq?
"Formalar hələlik Bakı Tikiş Evində satılacaq. "Bravo"lara mal verilməyib, ancaq verilməsi nəzərdə tutulur".
Bunu Oxu.Az-a açıqlamasında BTE-nin satış müdiri Etibar Əzimov deyib. O, paltarların iki rəngdə olduğunu bildirib:
"Bu il geyimlər tünd-göy və boz rəngdə olacaq. Ancaq əksəriyyət tünd-göy rəngə üstünlük verir. Ağ köynək və tünd-göy rəngdə ətək və ya şalvar, bir də mavi rəngdə köynək və boz rəngdə ətək və şalvar istehsal etmişik. BTE-nin mərkəzi dükanında və bir neçə gün sonra "Bravo" marketlər şəbəkəsində satışa çıxarılacaq. Bəzi işbazlar tərkibi yun olmayan formaları yenə bazara çıxarmaq istəyirlər, ancaq bizim məhsullar sadəcə bu iki yerdə satılacaq. BTE-nin bütün malları sertifikata malikdir".
"1-4-cü siniflərdən başqa, digər siniflər üçün forma tikişi nəzərdə tutulmayıb, əvvəlki illərdəki formalarını geyinə bilərlər. Köhnə formaları geyinənlərin məktəbə buraxılmaması kimi bir hal yaşana bilməz", - deyə qurum rəsmisi qeyd edib.
Bildirək ki, həm oğlan, həm də qızlar üçün polo uzunqol və qısaqol köynəklərin qiyməti 14 manat, şalvarlar 25 manat, jaket 27 manat, ətək isə 25 manatdan satışa çıxarılacaq.
Etibar Əzimov alıcıları ayıq-sayıq olmağa səsləyib:
"Bu qiymətlərdən ucuz qiymətə satılanların tərkibi yun və ya pambıq deyil, həmin məhsulların satışı tam qadağandır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1635 Tarix: 17 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabr