İlham Əliyevin səfərinə hazırlaşırıq – Səfir

İlham Əliyevin səfərinə hazırlaşırıq – SəfirQırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmanəliyev Bakıda diplomatik fəaliyyətinin ildönümünü qeyd edir.

Sonxeber.az xəbər verir ki, bununla əlaqədar Axar.az-ın əməkdaşı Qırğızıstan səfirinə bəzi suallar ünvanlayıb:

- Bir il keçdi. Səfirliyin bu müddət ərzində nailiyyətləri haqqında danışmağınızı xahiş edirik...

- Son bir ildə Azərbaycanla Qırğızıstan arasında ikitərəfli münasibətlərin "temperaturu" "sərin"dən "isti"yə yüksəlib. Keçən ilin aprelində Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri təşkil olunub. Bu səfər ikitərəfli münasibətlərə güclü təkan verdi. Qeyd edək ki, Qırğızıstan dövlət başçısının Bakıya sonuncu səfəri 10 il əvvəl olmuşdu.

Yeri gəlmişkən, yaxın vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevin də Qırğızıstana cavab səfəri gözlənilir. Səfərin statusu ən yüksəkdir - dövlət səfəridir.

- Bakıya nazirlərin və ya digər rəsmilərin də səfərləri baş tutubmu?

- Son bir ildə Qırğızıstan Nazirlər Kabinetinin bir neçə üzvü, parlamentin iki vitse-spikeri, ölkənin baş prokuroru Bakıda səfərdə olub. Qeyd edim ki, Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova da Qırğızıstanda qonaq olub.

- Bu həftə Bakıda Azərbaycan və Qırğızıstan arasında ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçirilib. Bu iclas haqda bizə məlumat verə bilərsiz?

- Bu iclas üç illik fasilədən sonra baş tutdu. Burada Qırğızıstan Prezidentinin aprel ayında Azərbaycana rəsmi səfəri zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında bəyannamə və dövlət başçılarının dövlətlərarası şurasının yaradılması haqqında memorandum, həmçinin, 11 hökumətlərarası və idarələrarası saziş və memorandum imzalanıb. Bundan başqa, ümumiyyətlə, bizim otuzdan çox müxtəlif müqavilə və razılaşmalarımız var.

- Bəs sizin şəxsi nailiyyətləriniz nələrdir?

- Mənə gəlincə, Prezidentə etimadnamələr təqdim etdikdən sonra Azərbaycanda əsas vəzifəli şəxslər, Milli Məclisin sədri, nazirlər və nazir müavinləri, bizim üçün prioritet olan qurum və idarələrlə görüşlər keçirdim. Bundan əlavə, bu ilin fevral ayında Azərbaycanla yanaşı, Gürcüstana da səfir təyin olundum. Bu ilin iyununda isə etimadnaməni Gürcüstan Prezidentinə təqdim edib, Tiflis və Batumidə rəsmi şəxslərlə görüşmüşəm.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1199   Tarix: 21 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr