Maqomayevlərin ulu yurdu - VİDEO
Dahi bəstəkar, dirijor, pedaqoq Müslüm Maqomayev əslən Qaxın İlisu kəndindəndir. Atası Məhəmməd kişinin rayonun qədim "İçəribazar" məhəlləsində dəmirçi emalatxanası olub. Müslüm Maqomayev də 1885-ci ildə elə burada, atasının dəmirçilik etdiyi və yaşadığı evdə doğulub. Daha sonra bəstəkar Vladiqafqaz şəhərinə köçüb.
Tarixçilərin sözlərinə görə, 1902-ci ildə Qori seminariyasında təhsil alarkən Müslüm Maqomayev atasının vəsiyyətinə əməl edir və Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovla İçəribazar məhəlləsini, ata yurdunu ziyarət edir. İndi həmin evin qarşısında bu tarixi faktla bağlı lövhə də vurulub.
Maqomayevlər ailəsi qədim "İçəribazar" küçəsindən köçdükdən sonra yaşadıqları evdə bu vaxta qədər bir neçə ailə qalıb. Hazırda da burada yaşayış var. Ancaq bu evlər tarixi abidə kimi dövlət tərəfindən qorunur. Azərbaycanın böyük şəxsiyyətlərinin ata yurdu Qax sakinləri və rayona gələn qonaqlar tərəfindən ziyarət olunur. Həmin ərazidə yerləşən evlərin fasadlarında bəzi dəyişikliklər edilsə də, müəyyən vaxtlarda yeni binalar tikilsə də, məhəllədə olan evlərin görkəmi demək olar ki, 142 il öncə olduğu kimi qalır.
Qeyd edək ki, bəstəkar Müslüm Maqomayev 1937-ci ildə Rusiyanın Nalçik şəhərində vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub. Onun nəvəsi, dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayev isə Bakıda doğulub. O, 2008-ci ildə Moskvada dünyasını dəyişib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1200 Tarix: 24 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabrLənkəranda döyülən 16 yaşlı oğlan öldü
Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo
21 sentyabrSosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabrPaytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib
22 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabr