Polisin tutduğu Jalə görün kim imiş - ŞOK DETALLAR

Polisin tutduğu Jalə görün kim imiş - ŞOK DETALLARBakıda qadınların da üzv olduğu quldur dəstəsi saxlanılıb.

Bakıxanov qəsəbəsində Xalq artisti Valeh Kərimov və Əməkdar artist Loğman Kərimovun qardaşı Əflatun Kərimovun evinə basqın edən qrupun üzvü olan qadınların xarici görkəmi, onların bu tip cinayətdə iştirak etməsi müzakirələrə səbəb olub.

Polis tərəfindən saxlanılan dəstə üzvlərinin həm də narkotik asılılığından əziyyət çəkdikləri bəlli olub. Cinayətdə şübhəli bilinərək tutulan şəxslərdən biri olan Jalə Mahmudova barəsində isə onu tanıyanlar maraqlı fikirlər bölüşüblər.

Məlum olub ki, bir neçə ay əvvəl sosial şəbəkədə narkomanlarla bağlı verilişdə Jalə Mahmudova haqqında da reportaj yayımlanıb. O, müsahibəsində narkotikə ilk dəfə həyat yoldaşı tərəfindən öyrədildiyini bildirib və ərindən ayrıldıqdan sonra 65-70 yaşlı başqa kişinin onda narkotik asılılığı yaratdığını deyib: "Mən ziyalı ailəsində böyümüşəm, atam dövlət qulluqçusu, anam müəllim idi. Hər zaman mənə dəstək olublar. Amma görəndə ki, bu yola düşmüşəm, nəslin üz qarasına çevrildim".

"Jalə bizdə işləyən zaman boşanmış qadın idi və bir övladı vardı. Boşanmış qadınların əksəriyyətinə cəmiyyətdə necə mənfi reaksiya olduğunu görürük.Ona görə belə işləməyi, sosial həyatı olması gözəl idi. Çalışqan və işinə məsuliyyətlə yanaşırdı. Özünün şəxsi maşını vardı, yüksək əməkhaqqı alırdı. Bir müddət sonra işdən çıxdı. Bir gün mənə keçmiş iş yoldaşım video göndərdi. Dedi, bax gör bu videoda danışan qadını tanıyırsan? Mən səsindən birinə bənzətdim, amma tam olaraq kim olduğunu bilmədim. O, mənə "Jalədir" deyəndə şok keçirdim. Çünki belə çalışqan, işi və normal həyatı olan biri necə belə bir zəhərin qurbanı ola bilərdi. Üzünü gizlətmişdilər deyə mən də heç nə yazmamışdım. İndi isə narkotikə görə quldurluq edib həbs olundu".

Qeyd edək ki, quldurluq hadisəsi aldatma yolu ilə törədilib. Ə.Kərimovun qapısını döyən qadın ona qonşu olduğunu deyərək açmasını bildirib. Xalq artistinin qardaşı qapını açdıqda dəhlizdə gizlənmiş 2 kişi mənzilə basqın edərək onu döyüb və pul tələb ediblər./Azxeber.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2126   Tarix: 25 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr