Deputat: "Məcburi köçkünlər tezliklə Laçın şəhərinə, Zabux və Susa geri qayıdacaqlar"

Deputat: "Məcburi köçkünlər tezliklə Laçın şəhərinə, Zabux və Susa geri qayıdacaqlar""Azərbaycan öz öhdəliklərinə hər zaman əməl edir və Laçın şəhərinin ətrafından keçən yeni yolun inşasını vaxtında başa vurmaqla öz sözünün sahibi olduğunu bir daha göstərdi".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycanın nəzarəti bərpa edəcəyindən danışarkən deyib.

Laçın dəhlizinə alternativ yolun Azərbaycandakı hissəsində işlər yekunlaşıb. Bununla da Rusiya sülhməramlıları Laçın şəhərindən və ətraf kəndlərdən çıxaraq alternativ marşruta dislokasiya edilirlər.

Nurlan Həsənov qeyd edib ki, məcburi köçkünlərimiz tezliklə öz yurdlarına, Laçın şəhəri, Sus və Zabux kəndlərinə qayıdacaqlar.

"Yeni yolun vaxtında hazır vəziyyətə gətirilməsi Azərbaycan hakimiyyətinin 10 Noyabr Bəyanatının bütün şərtlərinin icrasına önəm verdiyini və tələbkar yanaşmasını göstərir. Yeni yolun inşası zamanı erməni əhalisi ilə təmasların sülh şəraitində qurulması, yaxın gələcəkdə erməni və Azərbaycan əhalisi arasında birgə yaşayışın mümkünlüyünə olan ümidləri artırır",-deyə o əlavə edib.

O bildirib ki, Azərbaycanın xoşməramlı münasibəti Ermənistan tərəfindən qarşılıq tapmalıdır.

"Ermənilər ərazilərin minalanması və ya digər hərəkətlərlə düşmən münasibət göstərməkdənsə, Azərbaycanın humanist mövqeyinə qiymət verməlidirlər. Ümid edək ki, Ermənistan ərazilərin minalanması kimi pis niyyətli davranışlarından əl çəkəcək, erməni separatçılar Laçın şəhəri və ətraf kəndləri minalamış əraziyə çevirmədən oranı tərk edəcəklər".

Milli Məclis üzvü daha sonra əlavə edib:

"Təəssüf ki, Ermənistan tərəfi bu torpaqların tarixi və beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bilməsinə baxmayaraq, torpaqlarımızı 30 il işğal altında saxladı, infrastrukturu dağıtdı, yaşıllıqları məhv etdi.

İndiyədək Ermənistanın siyasi hakimiyyəti öz xalqına bu mövzuda çox yalanlar danışıb, ciddi beynəlxalq hüquq pozuntusu törədərək qanunsuz məskunlaşmalar həyata keçirib. Ermənistan hakimiyyəti öz cəmiyyətinə reallıqları çatdırmalıdır. Sülhə gedən yol reallıqlarla barışmaqdan keçir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1204   Tarix: 25 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr