Azərbaycanda FİLM KİMİ HADİSƏ: Vətəndaşlar belə "tor"a düşdülər - VİDEO
Bir qrup Şəki sakini dələduzluğun qurbanı olduqlarını iddia edirlər. İddialara görə, özünü ''AYSEL GLLT'' rəsmi lotoreyasının rəhbəri kimi təqdim edən Sumqayıt sakini Aysel Sətxanova rayonun Orta Zəyzid kəndindən olan Turan Bəkirova, Oxud kənd sakini Aynur Məmmədova və onun bacısı qızı Dinar Kərimova ilə əlbir olaraq bir sıra insanlara votsap vasitəsilə linklər göndərərək guya yatırım tipli lotoreyaya qoşulmaları üçün şirnikləndirici vədlər veriblər.
BAKU.WS xəbər verir ki, zərərçəkənlər "Xəzər Xəbər"ə deyiblər ki, onlara bir neçə mərhələ üzrə qazanc əldə edə biləcəkləri izah edilib. Bildirilib ki, ilk dəfə 35 manat ödəyən insanın 15 gündən sonra 280 manat, ikinci mərhələdə 105 manat ödəyib 840 manat, üçüncü mərhələdə 170 manat ödəyib 1360 manat, sonuncu mərhələdə isə 625 manat qoyaraq 5000 manat qazana biləcəkləri vədi verilib. Cəlbedici təkliflərə inananlar onlara göndərilən kartlara külli miqdarda pul köçürüblər.
Lotoreyaya qoşulmaq üçün yaradılmış qrupa təxminən 150 nəfər qoşulub. Onların 300 manatdan 10 min manatadək karta pul köçürdükləri deyilir. Daha sonra özlərini lotoreya sahibləri kimi təqdim edən şəxslər yoxa çıxıblar.
Məsələ ilə bağlı DİN -in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, adları qeyd olunan şəxslər bir sıra şəhər və rayonlarda da analoji əməlləri törətdikləri üçün faktla bağlı cinayət işi başlanıb. Vətəndaşlardan daxil olmuş eyni məzmunlu şikayətlərlə əlaqədar toplanmış materiallar istintaqı aparılan cinayət işinə əlavə edilməsi üçün göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2058 Tarix: 26 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr