"Rusiya və Azərbaycan arasında narazılığa ümid edən Ermənistanın növbəti fiaskosu oldu"
Bu gün, avqustun 26-da Azərbaycan ordusu Laçına daxil olub, Zabux və Sus kəndləri nəzarətə götürülüb.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, bu, böyük tarixi hadisədir, çünki söhbət 3 yaşayış məskənindən getmir, burada söhbət reallaşan dəmir iradədən və dövlətin nüfuzundan gedir:
"Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, "nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm". Vətən müharibəsi və ötən dövr də göstərdi ki, həqiqətən də bu bölgədə praqmatik formada nəyi necə, nə vaxt etmək lazım olduğunu bilən lider məhz Azərbaycan Prezidentidir.
Həqiqətən də çox möhtəşəm bir zamana şahidlik etməkdəyik. Müzəffər Ali Baş Komandan Vətən müharibəsindən sonra həm diplomatik müstəvidə, həm də cəza tədbirləri ilə Ermənistanın iradəsini növbəti dəfə qıraraq 10 noyabr kapitulyasiya aktının şərtlərinə müvafiq olaraq Laçın, Sus və Zabuxda nəzarəti bərpa etdi. Bu böyük tarixi hadisədir, çünki söhbət 3 yaşayış məskənindən getmir, burada söhbət reallaşan dəmir iradədən və dövlətin nüfuzundan gedir. Azərbaycan Prezidenti mövcud vəziyyətə nail olmaqla bir tərəfdən Ermənistanın qarşımızda bir heç olduğunu göstərdi, digər tərəfdən, Azərbaycanın imza atdığı hər bir sənədin, o cümlədən, 10 noyabr bəyanatında öhdəliyi olan hər kəsi öhdəliklərinə sadiq qalmağa vadar etdi. Artıq Rusiya sülhməramlıları anlaşma şəraitində əvvəlki dislokasiya üzrə post və kazarmalarını sökdülər. Bu da sülhməramlılarla, Rusiya ilə Azərbaycan tərəfi arasında hansısa narazılığa, anlaşılmazlığa ümid edən Ermənistanın növbəti fiaskosu oldu. Mən Müzəffər Ali Baş Komandanın qətiyyətinin nəticəsi olan böyük zəfərimizin növbəti mərhələsi münasibətilə Azərbaycan xalqını, ələxsus da Laçın, Zabux və Sus sakinlərini təbrik edirəm. Cənab Prezidentin İsmayıllıda da anons verdiyi kimi, Laçın şəhəri, Zabux və Suz kəndlərinin sakinləri tezliklə öz doğma yurdlarına ləyaqətli həyat şəraitləri təmin olunmaqla geri dönəcəklər. Bütün bu proseslər Azərbaycanın, Azərbaycan prezodentinin iradəsinə və milli maraqlarımıza uyğun formada davam edir. İndiki məqamda vətəndaş olaraq yeganə öhdəliyimiz bu siyasətə və yola əvvəlkindən də artıq formada dəstək vermək, İlham Əliyev ətrafında sıx birləşməkdir. Bu həmrəylik bizim üçün yeni qələbələrin yeganə şərtidir".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"