Dövlət Komitəsi zorakılığa məruz qalmış qızla görüşdü
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdədə cinsi zorakılığa məruz qalmış 14 yaşlı qızla görüşüb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Komitə feysbuk səhifəsində bildirilib.
"Bərdə rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq faktı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətə əsasən dərhal aidiyyəti qurumlarla, Rayon İcra Hakimiyyəti və Bərdə Rayon Polis İdarəsi ilə əlaqə saxlanılıb.
Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən ailəyə səfər edilərək müvafiq söhbət aparılmış və 14 yaşlı qızın psixoloji vəziyyəti qiymətləndirilib.
Azyaşlının psixoloji reabilitasiya tədbirlərinə cəlb olunması nəzərdə tutulur", - məlumatda deyilir.
Qeyd edək ki, artıq yeniyetmə qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib onun videosunu çəkib yayan 4 nəfər müəyyən edilərək saxlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1563 Tarix: 26 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr