İçərişəhərdə polislə gənclər arasında insident - 3 nəfər həbs edilib
Bir neçə gün əvvəl Səbail rayonu İçərişəhər Tarixi Memarlıq Qoruğunun ərazisində insident baş verib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qoruq ərazisində polis əməkdaşı Murad Quluzadə (soyadlar şərtidir) buruntaqsız "Stuff" cinsi iti gəzdirən 4 gəncə (3 oğlan və 1 qız) yaxınlaşıb. O, gənclərə itə buruntaq taxılmalı olduğunu, ətrafdakı insanların, xüsusilə uşaqların qorxa biləcəyini deyərək irad bildirib və İçərişəhərdə bu formada it gəzdirməyin qadağan olduğunu vurğulayıb. Bu zaman gənclər əvvəlcə itin təhlükəsiz olduğunu deyiblər və polis əməkdaşı onlardan tələbini davam etdirincə, "Bizim kim olduğumuzu bilirsən?!", deyərək münaqişə yaradıblar. Münaqişə zəminində onlar M.Quluzadəyə fiziki müdaxilə ediblər, polis əməkdaşı yerə yıxılıb. Bundan sonra əraziyə Səbail RPİ 9-cu PB-nin əməliyyat qrupu gəlib və polisin tələbinə əməl etməyən şəxslər bölməyə gətirilib.
Məlum olub ki, onlar Dağıstan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi, 2003-cü il təvəllüdlü Yusif Nəbiyev, onun qardaşı, 1999-cu il təvəllüdlü Oqtay Nəbiyev və Cəmil adlı dostlarıdır.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddəsi ilə inzibati protokol tərtib edilib. Gənclər daha sonra Səbail Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Yusifə 20, qardaşı Oqtaya 10, Cəmilə isə 8 sutka həbs cəzası verilib. Onlarla birgə olan qız isə sərbəst buraxılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1430 Tarix: 27 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr